Prayk

Çörəkçi

Razılaşma yolu ilə
Yoxlanılıb2 gün əvvəl
Tarix
Baxışlar
13
Nömrə
№4186303

Təsvir

İş yeri: Bakı şəhəri İş rejimi: Tam ştat Vəzifə öhdəlikləri: Çörək, bulka və müxtəlif un məmulatlarının hazırlanmasını həyata keçirmək; Xəmirin hazırlanması, mayalandırılması, formalaşdırılması və bişirilməsinə nəzarət etmək; Məhsulların reseptlərə və hotel standartlarına uyğun hazırlanmasını təmin etmək; İstifadə olunan xammalın keyfiyyətinə və təzəliyinə nəzarət etmək; Hazırlanan məhsulların dad, görünüş və keyfiyyət standartlarına uyğunluğunu təmin etmək; Günlük istehsal planına uyğun məhsulların vaxtında hazırlanmasını təmin etmək; Mətbəx avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək; İş yerinin və avadanlıqların təmizliyini və sanitariya qaydalarına uyğunluğunu təmin etmək; Qida təhlükəsizliyi və HACCP standartlarına riayət etmək; Mətbəx komandası ilə koordinasiyalı işləmək. Namizədə tələblər: Çörəkçi və ya çörəkçilik sahəsində minimum 2 il iş təcrübəsi; Hotel və ya restoran sektorunda iş təcrübəsi üstünlükdür; Çörək və müxtəlif un məmulatlarının hazırlanması üzrə praktiki bilik; Xəmirin hazırlanması və mayalanma prosesləri üzrə yaxşı bilik; Resept və texnoloji proseslərə riayət etmək bacarığı; Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Komanda ilə işləmək bacarığı; Yüksək iş tempinə uyğunlaşmaq bacarığı. İş şəraiti: Rəsmi əmək müqaviləsi; Peşəkar və dinamik kollektiv; Karyera inkişafı imkanları; Nahar təminatı; Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Bölmə Aşbazı – Çörəkçi” qeyd etmələri xahiş olunur. Son müraciət tarixi: 08.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Mercure Hotels Baku City jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar