
3
Cost Controller

2 500 ₼
Cost Controller
YoxlanılıbBu gün
Tarix
Baxışlar3
Nömrə№4308947
Təsvir
Əsas vəzifələr
Büdcələşdirmə və planlaşdırma
İllik, rüblük və aylıq xərc büdcələrinin hazırlanmasında iştirak etmək və koordinasiya etmək
Büdcə layihələrini struktur bölmələrdən toplayıb konsolidasiya etmək
Büdcə limitlərini 1C ERP sistemində qurmaq və yeniləmək
Proqnozların (forecast) hazırlanması və yenilənməsi
Xərclərin nəzarəti və təhlili
Faktiki xərclərin büdcə ilə müqayisəsi (plan-fakt təhlili) və kənarlaşmaların səbəblərinin araşdırılması
Xərc mərkəzləri (cost center) və xərc maddələri üzrə nəzarət
Xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması
Büdcədənkənar və limiti aşan xərclərin aşkarlanması və rəhbərliyə məlumat verilməsi
Maya dəyəri
Məhsul/xidmət üzrə maya dəyərinin hesablanması və təhlili
Birbaşa və dolayı xərclərin bölüşdürülməsi (allokasiya)
Standart və faktiki maya dəyərinin müqayisəsi
1C ERP üzrə işlər
1C ERP sistemə nəzarət və səhv yaradılmış sorğuların düzəlişi üçün sistem admin və user arası koordinasiyanın təşkili
Xərc və büdcə məlumatlarının 1C ERP-də düzgün və vaxtında qeydiyyatına nəzarət
Büdcə sənədlərinin, sorğuların və müqavilələrin büdcə uyğunluğunun yoxlanması
1C-dən hesabatların çıxarılması və təhlili
Analitik uçot elementlərinin (xərc maddələri, layihələr, mərkəzlər) idarə edilməsi
Hesabatlıq
Aylıq/rüblük xərc və büdcə icra hesabatlarının hazırlanması
Rəhbərlik üçün dashboard və analitik təqdimatlar
Maliyyə şöbəsi, mühasibatlıq və digər bölmələrlə məlumat uyğunlaşdırması
Audit və daxili yoxlamalar üçün sənədlərin təqdim edilməsi
Namizədə tələblər (təklif)
Ali təhsil (maliyyə, mühasibat, iqtisadiyyat, biznes idarəetməsi)
Cost controlling, büdcələşdirmə və ya maliyyə təhlili sahəsində ən azı 3 il təcrübə
1C ERP sistemində (büdcə modulu) təcrübə
Excel biliyi (Pivot, VLOOKUP/XLOOKUP, formullar), Power BI bilikləri üstünlükdür
MHBS/IFRS və Azərbaycan mühasibat uçotu standartlarının bilinməsi
Analitik düşüncə, diqqətlilik, hesabat hazırlama bacarığı
İngilis və rus dili biliyi (sənədlər və hesabatlar üçün)
CMA, ACCA, CIMA kimi sertifikatlar üstünlükdür
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Maaş: 2500 AZN
Son müraciət tarixi: 10.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/crystal-accfin-mmc-cost-controller-153506
Bənzər elanlar





Razılaşma yolu ilə
Risklərin İdarə Edilməsi İdarəsinin Risk nəzarəti və hesabatlıq şöbəsinin stajçı/kiçik/mütəxəssis
BakıDünən 10:25





Razılaşma yolu ilə
Biznes satış üzrə mütəxəssis/aparıcı mütəxəssis (SME kreditləri), (Qusar filialı)
Qusar08.10.2026





