Çağrı mərkəzi əməkdaşlarının gündəlik fəaliyyətinin idarə edilməsi, zənglərə nəzarət və keyfiyyətin qiymətləndirilməsi vasitəsilə daxili proseslərin optimallaşdırılmasına dəstək;Komandanın performansının izlənməsi və inkişafı yolu ilə Müştəri Məmnuniyyətinin İdarəolunması axınının effektiv işləməsinin təmin edilməsi;Şirkət tərəfindən qoyulmuş məqsədlərə (KPI-lara) nail olmaq üçün komandaya rəhbərlik və dəstək göstərilməsi;Əlaqə mərkəzinə daxil olan zənglərin, müraciətlərin (ümumi məlumat, şikayət və təklif xətləri) müntəzəm dinlənilməsi və qiymətləndirilməsi;Əvvəlcədən müəyyən edilmiş keyfiyyət standartlarına (skriptə uyğunluq, ünsiyyət tərzi, problemin düzgün həlli və s.) əsasən qiymətləndirmə;Qiymətləndirmə nəticələrinin sistemləşdirilməsi və müntəzəm hesabatların hazırlanması;Operatorların gündəlik iş qrafikinin planlaşdırılması və icrasına nəzarət;Zəng keyfiyyəti aşağı olan əməkdaşlar üçün əlavə təlim və inkişaf planlarının hazırlanması;Komanda daxilində motivasiyanın artırılması və iş intizamına nəzarət;Onlayn çat bölməsinə daxil olan sorğuların vaxtında və keyfiyyətli cavablandırılmasının təmin edilməsi;Rəhbərlik tərəfindən təyin olunmuş digər tapşırıq və sorğuların icrası.
Vakansiya növü: Tam ştat
Şirkət: Landau Education Group
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/landauschool/landauschool-elaqe-merkezi-uzre-qrup-rehberi-39968751/apply