Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçilərin işə qəbulu, vəzifə və əməkhaqqı dəyişiklikləri, habelə işdən azad olunması proseslərini icra etmək; İşçilərin şəxsi işlərinin və digər kadr sənədlərinin düzgün şəkildə formalaşdırılmasını həyata keçirmək; Əmək münasibətləri üzrə müvafiq sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini, o cümlədən məzuniyyət, kompensasiya, mükafat və digər müvafiq məsələlər üzrə sənədləşməni icra etmək; İşçilərin müraciətləri əsasında arayış və digər müvafiq sənədlərin hazırlanmasını və təqdim edilməsini təmin etmək; Müxtəlif işə qəbul kanalları vasitəsilə vakansiyaları yerləşdirmək, namizədlərin axtarışını və cəlb edilməsini həyata keçirmək, müsahibə prosesini təşkil və koordinasiya etmək; İnsan resursları üzrə cari və perspektiv planların, hesabatlarınhazırlanmasında iştirak etmək; Məzuniyyət qrafiklərini hazırlamaq, məzuniyyətlərin uçotunu aparmaq və təsdiq edilmiş qrafikə uyğun istifadəsinə nəzarət etmək; Əməkhaqqı, məzuniyyət, son haqq-hesab və digər ödənişlərin hesablanması prosesinə dəstək göstərmək; Əməkhaqqı kartlarının sifarişi və müvafiq bank proseslərinin icrasını təmin etmək; ƏMAS platformasında əmək müqavilələrinin və müvafiq əmrlərin hazırlanmasını icra etmək.
Tələblər:
Ali təhsil;İnsan resursları sahəsində 1 illik iş stajı;Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi üzrə biliklər, ƏMAS-dan istifadə qaydaları, Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;MS Office proqramlarında sərbəst işləmək bacarığı;Komanda yönümlü düşüncə və əməkdaşlıq bacarığı.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Fincity LLC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/fincity/fincity-insan-resurslarinin-idare-edilmesi-uzre-kicik-mutexessis-16788769/apply