
Əmək haqqı üzrə mühasib
Əmək haqqı üzrə mühasib
1 000 ₼
YoxlanılıbDünən
Təsvir
Namizədə aid tələblər:
25-35 yaş arasında;
Ali təhsilli olması;
Azərbaycan dili üzrə yaxşı biliklər;
Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
AR Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə, o cümlədən sosial sığorta, vergi və əməkhaqqı sistemləri ilə bağlı müvafiq biliklərə malik olmaq;
MS Excel üzrə mükəmməl biliklər;
1 C 8.3 proqramında sərbəst işləmək bacarığı;
Riyazi hesablamalar aparma və analitik təhlil etmə qabiliyyətləri;
Dəqiqlik, məsuliyyət və məxfi məlumatlarla işləmək bacarıqları;
Komandada işləmək və vaxtında nəticə əldə etmək bacarıqları.
Əsas vəzifə və öhdəliklər:
Şirkət əməkdaşlarının aylıq əmək haqlarının düzgün hesablanmasının və vaxtlı-vaxtında ödənilməsinin təmin edilməsi;
Əmək haqqı ödəniş dövrünə uyğun olaraq müvafiq məlumatların 1C proqramına vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin edilməsi;
Son haqq-hesab, bütün növ məzuniyyətlər, xəstəlik vərəqələri, mükafatlar və digər ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi;
Ezamiyyə haqlarının hesablanması və ödənişlərinin vaxtında həyata keçirilməsi;
Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin DSMF elektron portalında düzgün şəkildə rəsmləşdirilməsi;
Əmək haqqına dair daxil olan sorğu və sualların operativ şəkildə cavablandırılması;
Vergi, DSMF və statistik orqanlara təqdim olunan əməkhaqqı hesabatlarının hazırlanması və təqdim edilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
5 günlük iş rejimi;
Əmək haqqı-1000 Azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/196954/emek-haqqi-uzre-muhasib
Bənzər elanlar












Razılaşma yolu ilə
Mikro biznes kreditləri üzrə Təcrübəçi Baş mütəxəssis (Bakı şəhəri filialları)
BakıDünən 12:02


