
8
Graphic Designer
Graphic Designer
Razılaşma yolu ilə
Yoxlanılıb3 gün əvvəl
Tarix
Baxışlar8
Nömrə№4085067
Təsvir
Məkan: Bakı, Azərbaycan
Vəzifə haqqında
ABV.AZ komandası yaradıcılığa və vizual estetikaya dəyər verən Graphic Designer axtarır.
Əgər sən öyrənməyə açıq, təşəbbüskar və inkişaf yönümlü bir mühitdə böyüməyə hazırsansa — səni komandamızda görməkdən məmnun olarıq.
ABV komandasına Qrafik Dizayner axtarılır
Əgər dizaynı yalnız estetik yanaşma deyil, həm də brend dəyərinin formalaşdırılması və marketinq hədəflərinə çatmaq üçün strateji alət kimi görürsünüzsə, komandamızda sizi görməkdən məmnun olarıq.
Əsas vəzifə öhdəlikləri:
Sosial media, rəqəmsal reklam kampaniyaları, e-mail marketinq materialları, təqdimatlar, çap məhsulları və digər kommunikasiya vasitələri üçün kreativ vizualların hazırlanması
Marketinq kampaniyaları, məhsul və xidmət təşviqləri üçün konseptual dizayn həllərinin yaradılması
Briflər əsasında vizual kontentin hazırlanması və brend standartlarına uyğunlaşdırılması
Marketinq və kontent komandası ilə sıx əməkdaşlıq edərək effektiv kommunikasiya materiallarının hazırlanması
Namizəddən gözləntilərimiz:
Qrafik dizayn sahəsində minimum 2–4 il iş təcrübəsi
Sosial media, reklam, kampaniya və çap işlərini əhatə edən portfolio
Adobe Creative Suite proqramlarında sərbəst işləmək bacarığı (Photoshop, Illustrator)
Vizual iyerarxiya, kompozisiya, rəng nəzəriyyəsi və tipoqrafiya üzrə güclü biliklər
Komanda ilə əməkdaşlıq, konstruktiv feedback qəbul etmə və vaxtın effektiv idarə olunması bacarığı
Dinamik və sürətli iş mühitində yüksək məsuliyyətlə fəaliyyət göstərmək
Motion Design və animasiya üzrə bacarıqlar (Adobe After Effects və digər müvafiq proqramlar) (üstünlükdür)
Təklif etdiyimiz imkanlar:
Rəsmi işə qəbul
5 günlük iş rejimi: 09:00–18:00
Böyük texnologiya brendləri ilə işləmək imkanı
Peşəkar və inkişaf yönümlü komanda mühiti
Müxtəlif marketinq layihələrində iştirak imkanı
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Qrafik Dizayner” qeyd olunmalıdır
Son müraciət tarixi: 07.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© ABV jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
Bənzər elanlar














