Prayk

İşə qəbul üzrə mütəxəssis

1 000 ₼
Yoxlanılıb2 həftə əvvəl
Kateqoriya
HR, kadrlar
Tarix
Baxışlar
1
Nömrə
№2936131

Təsvir

Vəzifə öhdəlikləri; Namizəd axtarışı və müsahibələrin keçirilməsi; İş elanlarının hazırlanması və paylaşılmasına dəstək; Aktiv namizəd axtarışı (platformalar, tövsiyələr, sosial media); İlkin CV seçimi və müsahibəyə çağırılacaq namizədlərin müəyyənləşdirilməsi; İlkin müsahibələrin keçirilməsi və nəticələrin sənədləşdirilməsi. Müsahibələrin planlaşdırılması və koordinasiya Struktur rəhbərləri ilə müsahibələrin təşkil olunması; Namizədlərə təsdiqlərin göndərilməsi; Namizədlərlə yazışmaların və zənglərin təşkili; Proseslərin və layihələrin idarə olunması Mövsümi və kütləvi işə qəbul layihələrinin təşkili və icrasında iştirak; Təcrübə proqramları və Karyera sərgilərində iştirak; Sınaq müddətlərinin izlənilməsi və Təlimlərin təşkili; Yeni işə qəbul edilmiş əməkdaşlar üçün giriş (onboarding) və SƏTƏM təlimlərini planlaşdırılmaq, təşkil etmək, həyata keçirmək; Yeni əməkdaşların sınaq müddəti ərzində fəaliyyətinin izlənilməsi, struktur rəhbərləri ilə koordinasiyada qiymətləndirmə rəylərinin toplanmaq və təhlil etmək; Sınaq müddətinin nəticələrinə əsasən əməkdaşın işə davamı, sınaq müddətinin uzadılması və ya əmək münasibətlərinin davam etdirilməməsi ilə bağlı prosesin tamamlamaq; Tələblər; Ali Təhsil Recruitment sahəsində minimum 1 il iş təcrübəsi;( Retail, pərakəndə və xidmət sahələrində üstünlükdür) Yaş həddi: maksimum 30 yaş Müsahibə texnikaları və metodları üzrə praktiki biliklər MS Office proqramları (Word, Excel)  üzrə baza bilikləri İnkişafa yönümlü, Komandada və dinamik iş mühitdə işləmə bacarığı Effektiv ünsiyyət, Təhliletmə və Vaxtı düzgün idarəetmə bacarığı Planlama və Prioritetləri müəyyənləşdirmə bacarığı Şəxsi keyfiyyətlər Stressə davamlılıq; Məsuliyyətlilik və dəqiqlik; Analitik düşüncə; İş şəraiti; İş qrafiki: 5 günlük 09:00-18:00 Əmək Haqqı: 1000 AZN Nahar və korporativ mobil nömrə şirkət tərəfindən təmin edilir. Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küç. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 1000 AZN Son müraciət tarixi: 23.10.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Agro - West DC LLC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.