Prayk
Keyfiyyətə Nəzarət Şöbəsinin rəis müavini (Sumqayıt) — Sənaye, istehsal
Razılaşma yolu ilə

Keyfiyyətə Nəzarət Şöbəsinin rəis müavini (Sumqayıt)

YoxlanılıbBu gün
Tarix
Nömrə
№3448295

Təsvir

Təsvir İstehsal olunan məhsulların və satın alınan xammalın keyfiyyətinə nəzarət prosesini təşkil etmək; İstehsalat Sınaq Laboratoriyasının fəaliyyətinə rəhbərlik etmək, sınaqların düzgün icrasını və nəticələrin etibarlılığını təmin etmək; Zay məhsul və uyğunsuzluqların səbəblərini təhlil etmək, kök səbəb analizi aparmaq və düzəldici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; Müştəri şikayətləri və reklamasiya hallarının araşdırılmasını təşkil etmək; Laboratoriyanın ISO/IEC 17025 tələblərinə uyğun akkreditasiya prosesini təşkil etmək və auditlər zamanı laboratoriyanı təmsil etmək; Ölçmə və sınaq vasitələrinin kalibrlənməsi və metroloji nəzarətini təmin etmək; SAP ERP sistemi üzərindən keyfiyyətə nəzarət proseslərinin və məlumatların düzgün qeydiyyatını izləmək; Keyfiyyətə nəzarət proseslərinin davamlı təkmilləşdirilməsini təmin etmək; Tabeliyində olan əməkdaşların fəaliyyətini idarə etmək və iş bölgüsünü təşkil etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ekoloji tələblərə riayət olunmasına nəzarət etmək. Tələblər Metallurgiya, standartlaşdırma və metrologiya, idarəetmə və ya uyğun texniki istiqamət üzrə ali təhsil; Keyfiyyətə nəzarət sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi; Metallurgiya, materialşünaslıq və polad istehsalı prosesləri üzrə güclü texniki biliklər; Mexaniki sınaqlar, kimyəvi və spektral analizlər üzrə bilik və təcrübə; ISO 9001 və ISO/IEC 17025 standartları üzrə bilik və tətbiq bacarığı; ISO 14001 və ISO 45001 standartları üzrə biliklərin olması üstünlükdür; Uyğunsuzluqların idarə olunması, kök səbəb analizi və düzəldici tədbirlərin hazırlanması bacarığı; Komanda idarəetməsi, analitik düşünmə və problem həll etmə bacarıqları; Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək. İş yeri: Sumqayıt şəhəri Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Rəqabətli əmək haqqı; Korporativ nömrə Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 29.10.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Baku Steel Company CJSC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar