Prayk
Qazma qurğuları üzrə elektrik — Sənaye, istehsal, Bakı
Razılaşma yolu ilə

Qazma qurğuları üzrə elektrik

YoxlanılıbBu gün
Şəhər
Bakı
Tarix
Nömrə
№3452450

Təsvir

İş haqqında məlumat: Müəssisə tərəfindən aparılan əməliyyatlar üzrə təhkim olunduğu əsas iş sahəsində, o cümlədən müəssisənin fəaliyyət göstərdiyi bütün sahələrdə əmək funksiyalarını təhlükəsiz və keyfiyyətli şəkildə icra etmək;Elektrik avadanlıqlarını, paylayıcı şitləri, elektrik panellərini, MCC-ləri, idarəetmə panellərini və digər elektrik qurğularını yoxlamaq, nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;Elektrik mühərriklərinin, generatorların, transformatorların və digər elektrik avadanlıqlarının texniki xidmətini və təmirini həyata keçirmək;Elektrik mühərriklərinin sökülməsi, texniki baxışı, təmiri və yenidən yığılmasını təmin etmək;Kabel xətlərinin çəkilməsi, kabel uclarının hazırlanması, markalanması, birləşdirilməsi və kabel marşrutlarının texniki vəziyyətinin yoxlanılmasını həyata keçirmək;Elektrik avadanlıqlarının izolyasiya müqavimətini, davamlılığını, torpaqlanmasını və digər elektrik parametrlərini müvafiq ölçü cihazları vasitəsilə yoxlamaq;Elektrik sistemlərində sınaq və ölçmə işləri aparmaq, nəticələri qeydə almaq və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;Elektrik avadanlıqlarına planlı və profilaktik texniki xidmət göstərmək və avadanlıqların daim işlək vəziyyətdə saxlanılmasını təmin etmək;Elektrik avadanlıqlarının qoruyucu aparatlarını, avtomat açarlarını, qoruyucuları, kontaktorları, releləri və digər elektrik komponentlərini yoxlamaq və zəruri hallarda dəyişdirmək;Aşkar edilmiş elektrik nasazlıqlarının səbəblərini müəyyən etmək, nasazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək və görülmüş işlər barədə hesabat vermək;Təmir və texniki xidmət işlərindən sonra elektrik avadanlıqlarının funksional və təhlükəsizlik sınaqlarını həyata keçirmək;Partlayış təhlükəli zonalarda (Ex Zone) elektrik avadanlıqları ilə işləyərkən müvafiq Ex tələblərinə, prosedurlara və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;Elektrik avadanlıqları üzərində iş aparmazdan əvvəl enerji mənbəyinin təhlükəsiz şəkildə təcrid olunmasını, LOTO (Lockout/Tagout) prosedurunun və müvafiq İş İcazəsinin (Permit to Work) tətbiq edilməsini təmin etmək;Elektrik təhlükəsizliyi qaydalarına, əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi tələblərinə ciddi riayət etmək;Elektrik avadanlıqlarında və iş sahəsində aşkar edilmiş təhlükəli vəziyyətlər, nasazlıqlar və potensial risklər barədə dərhal rəhbərliyə məlumat vermək;Fövqəladə hallar zamanı müəssisənin müəyyən etdiyi fövqəladə hallar və təxliyə prosedurlarına uyğun hərəkət etmək;Yerinə yetirilmiş texniki xidmət, təmir, sınaq və nasazlıqlar barədə müvafiq texniki qeydləri və hesabatları aparmaq;Rəhbər tərəfindən tapşırılan digər işləri vəzifə təlimatına, müəssisənin daxili prosedurlarına və qüvvədə olan təhlükəsizlik tələblərinə uyğun yerinə yetirmək. Tələblər: Orta və ya peşə təhsili (mexanika və ya müvafiq texniki ixtisas üstünlükdür); Müvafiq sahədə və oxşar vəzifədə minimum 3 il iş təcrübəsi; Qazma qurğuları və mexaniki avadanlıqların texniki xidməti və təmiri üzrə praktiki biliklər; Mexaniki alətlərdən və ölçü cihazlarından istifadə bacarığı; SƏTƏM standartları və təhlükəsizlik qaydaları üzrə biliklər; Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq; Fiziki iş şəraitində və növbəli iş rejimində işləmək imkanı.Qeyd - Yalnız qazma qurğuları üzrə təcrübəsi olanlar müraciət etsin Maaş: Ə/h razılaşma ilə Son müraciət: 13/10/2026

Bənzər elanlar