Prayk

Kiçik mühəndis-proqramçı (backend)

Razılaşma yolu ilə
YoxlanılıbDünən
Tarix
Nömrə
№3514145

Təsvir

Struktur bölmənin adı Rəqəmsal Mühəndislik departamenti \ Proqramlaşdırma və rəqəmsal həllər şöbəsi  \ Proqramlaşdırma bölməsi Vəzifənin funksiyaları: Avtomatlaşdırılmış sistemlərin texniki dəstəyini təmin etmək, problemləri həll etmək və yenilikləri tətbiq etmək; Rəqəmsal mühəndislikdə yeni texnologiyaların və trendlərin izlənilməsi və tətbiq olunması; Yüksək keyfiyyətli, təhlükəsiz və səmərəli kodun yazılması və kodun sınaqdan keçirilməsi. Kodun təmizliyi və optimallığına nəzarət etmək; Yeni məhsulların yaradılmasında iştirak və onların tətbiqi metodlarının seçilməsi; Miqyaslana bilən və effektiv sistem dizayn etmək üçün proqram təminatı memarları ilə sıx əməkdaşlıq etmək; Layihələrin vaxtında və texniki tapşırığa uyğun həyata keçirilməsini təmin etmək; Bankın istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanması; Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud bankdaxili qaydaların icrası; Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak; Rəhbərliyinin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirmək; Bankın daxili intizam və etik davranış qaydalarına riayət edilməsi; Texniki kompetensiyalar C# və Go dilləri çərçivələrində yüksək səviyyəli arxitektura və kod yazılması. Algorithms & Data Structures OAuth2, JWT token-lər və API təhlükəsizliyi üzrə təcrübə SQL, NoSQL bazaları ilə iş təcrübəsi Çox sistemlər, serverlər və mühitlər arasında istifadəçi identifikasiyası və avtorizasiyası JavaScript framework-ləri (Angular.js, React.js və ya digər) ilə tanışlıq Oracle, Postgre və ya digər RDBMS-lərlə təcrübə RESTful API-lərin yaradılması və inteqrasiyası üzrə dərin bilik Kod versiyalaşdırma sistemləri (Git) ilə iş təcrübəsi MVC arxitekturasına bələdlik. Təcrübə Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur Təhsil Ali təhsil tələb olunur. Dil bacarığı Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə) tələb olunur. Kompüter bacarıqları MS Office yüksək səviyyədə tələb olunur Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 16.10.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/azerbaycan-respublikasinin-merkezi-banki-kicik-muhendis-proqramci-backend-152662

Bənzər elanlar