AQA Şirkətlər Qrupu "Kiçik texniki mütəxəssis" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:Ofis və obyektlərdə aparılan təmir, texniki xidmət, yenidənqurma və quraşdırma işlərinin icrasına nəzarət etmək;Gündəlik texniki tapşırıqları planlaşdırmaq, resurs bölgüsünü təşkil etmək və işlərin vaxtında yerinə yetirilməsini təmin etmək;Tikinti və texniki işlərlə bağlı müvafiq normativ sənədləri hazırlamaq və sənədləşməni düzgün aparmaq;Avadanlıqların düzgün və təhlükəsiz istismarını, texniki nasazlıqların qarşısının alınmasını təmin etmək;Elektrik, santexnika, havalandırma, kondisioner və digər mühəndis sistemlərinin texniki baxımına nəzarət etmək;Obyektlərin enerji, su, qaz və rabitə təminatında fasiləsizliyin qorunmasını təmin etmək;Subpodratçılarla işin koordinasiyasını həyata keçirmək, görülən işlərin keyfiyyətini yoxlayaraq təhvil-təslim prosesində iştirak etmək;Texniki iş sahələrində mühafizə və təhlükəsizlik qaydalarına uyğunluğa nəzarət etmək;Tabeliyində olan texniki heyətin işini təşkil etmək və gündəlik nəzarəti həyata keçirmək;Müştəri məmnuniyyətini təmin etmək məqsədilə texniki sahədə ortaya çıxan problemlərin operativ həllinə yönəlik tədbirlər görmək;Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;Rəhbərlik tərəfindən verilmiş digər texniki və inzibati tapşırıqları yerinə yetirmək.
Tələblər:
Ali təhsil (müvafiq sahədə-inşaat mühəndisi ixtisası üzrə olması üstünlükdür);Vəzifənin tələbləri nəzərə alınaraq, kişi namizədlərə üstünlük verilir;Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı;Kompyuter bilikləri – MS Office, Autocad proqramlarını mükəmməl bilmək;Analoji sahədə minimum 1 il iş təcrübəsinə malik;Elektrik, santexnika və havalandırma sistemləri sahəsinə aid biliklərə sahib olmaq;Komandada işləmək bacarığı.
Əlavə məlumat:İş günləri: 5 günlük iş qrafiki, şənbə qısa iş günü, həftədə 1 gün istirahət günü;Əmək haqqı: 1000 AZN (net)
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: AQA Şirkətlər Qrupu
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/agagroup/agagroup-kicik-texniki-mutexessis-53255/apply