
Kredit mütəxəssisi
Kredit mütəxəssisi
400 ₼
Yoxlanılıb1 həftə əvvəl
Tarix
Nömrə№2420422
Təsvir
“Qarant Kredit” Lombard təşkilatı Bakı filialları və rayonlarda yerləşən filiallar (Gəncə, Tovuz, Ağstafa, Qazax, Masallı) üçün “Kredit mütəxəssisi” vakansiyası elan edir.
İş barədə məlumat:
Müştəri cəlbi, birbaşa marketinq funksiyalarını öyrənmək və mənimsəmək
Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək
Şirkətin daxili sistemini öyrənmək
Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək
Bu sahədə öz biliklərini daha da təkmilləşdirmək
Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək
Şirkətlərdə və müəssisələrdə təqdimat və digər nümayəndəlik funksiyaları həyata keçirmək
Əmək haqqı: 400-600 AZN + bonus
Tələblər:
Ali təhsil
Azərbaycan dilində səlist danışıq qabiliyyəti (Rus və ingilis dillərinin müəyyən səviyyədə biliyi arzuolunandır)
Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
Sərbəst və şəffaf şəkildə fikir izah etmə və nitq söyləmə bacarıqları
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
Müştərini cəlbetmə bacarığı
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin və filialın adını (Məsələn: Kredit mütəxəssisi (Tovuz filialı) ) adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.
Maaş: 400 AZN
Son müraciət tarixi: 17.10.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Qarant Kredit jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
Bənzər elanlar














