
Kredit mütəxəssisi – Biləsuvar, Kürdəmir filialı
Kredit mütəxəssisi – Biləsuvar, Kürdəmir filialı
Razılaşma yolu ilə
YoxlanılıbDünən
Təsvir
Kredit mütəxəssisi – Biləsuvar, Kürdəmir filialına təcrübəli əməkdaşlar axtarırıq.
Namizədə tələblər:
Bank və ya BOKT sektorunda kredit mütəxəssisi kimi minimum 6 ay iş təcrübəsi;
Kredit məhsulları və kreditləşmə prosesləri üzrə bilik;
Kredit müraciətlərinin qəbul edilməsi, təhlili və rəsmiləşdirilməsi üzrə təcrübə;
Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının formalaşdırılması bacarığı;
Kredit portfelinin idarə edilməsi və ödənişlərə nəzarət;
MS Office proqramlarından istifadə bacarığı;
Əsas vəzifə öhdəlikləri:
Müştərilərin cəlb edilməsi və kredit məhsulları barədə məlumatlandırılması;
Kredit müraciətlərinin qəbul edilməsi və ilkin qiymətləndirilməsi;
Müştərinin ödəmə qabiliyyətinin və təqdim etdiyi məlumatların təhlili;
Kredit sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi;
Kredit portfelinin idarə olunması və monitorinqi;
Kredit ödənişlərinin vaxtında həyata keçirilməsinə nəzarət;
Filialın satış və kredit portfeli üzrə müəyyən edilmiş hədəflərinin yerinə yetirilməsində iştirak.
Əlavə üstünlük:
Müvafiq ərazi üzrə yaşamaq və ərazini yaxşı tanımaq;
Həmin ərazidə müştəri bazasının olması;
Ehtiyac yarandıqda ərazi üzrə marketinq və müştəri cəlbetmə fəaliyyətlərində iştirak edə bilmək.
İş şəraiti
İş yeri: Biləsuvar
İş qrafiki: 6 günlük
Əmək haqqı: Müsahibə əsasında + bonus/motivasiya sistemi
Uyğun namizədlər CV-lərini Filialın adı qeyd edilməklə şirkətin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət: https://busy.az/vacancy/195856/kredit-mutexessisi-bilesuvar-kurdemir-filiali
Bənzər elanlar




Hr










