
Maliyyə direktoru

Razılaşma yolu ilə
Maliyyə direktoru
Analiz gedirBu gün
Təsvir
Maliyyə departamentinə rəhbərlik: idarəetmə və mühasibat uçotu, xəzinədarlıq, vergi uçotu, maliyyə hesabatlılığı; Qrup və onun şirkətləri səviyyəsində büdcələşdirmə, maliyyə planlaşdırması və proqnozlaşdırma;Mənfəətliliyin idarə edilməsi: marjinallıq təhlili, əməliyyat xərclərinə nəzarət, qeyri-səmərəli xərclərin müəyyən edilməsi və azaldılması;Pul vəsaitlərinin hərəkətinin, dövriyyə kapitalının və banklarla münasibətlərin idarə edilməsi;ERP sisteminin maliyyə modulunun tətbiqinə və inkişafına rəhbərlik, hesabatlılığın avtomatlaşdırılması, aylıq bağlanış müddətinin qısaldılması; Azərbaycan Respublikasının vergi qanunvericiliyinə və BMHS (IFRS) tələblərinə uyğunluğun təmin edilməsi;Yüksək rəhbərlik üçün maliyyə təhlillərinin və tövsiyələrin hazırlanması; Maliyyə departamentinin komandasının idarə edilməsi və inkişafı.
İş şəraiti: İş günləri: I-V günlər; İş saatı: 09:00-18:00.
Tələblər:
Maliyyə, iqtisadiyyat və ya mühasibat uçotu üzrə ali təhsil; Maliyyə sahəsində ən azı 8 il təcrübə, onlardan ən azı 5 il rəhbər vəzifədə (maliyyə direktoru və ya müavini);BMHS və Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin bilik;Maliyyə funksiyasında ERP sistemləri ilə praktiki iş təcrübəsi; Komanda idarəetməsi təcrübəsi; Beynəlxalq peşəkar sertifikatlardan birinin olması (ACCA, CIMA, CFA və ya CPA) üstünlük hesab olunur; Pərakəndə satış, distribusiya və bank sahəsində təcrübə;Bir neçə hüquqi şəxsdən ibarət holdinq strukturunda iş təcrübəsi; ERP tətbiqi layihələrində iştirak təcrübəsi.
Vakansiya növü: Tam ştat
Şirkət: Kontakt Home
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/abc-telecom/abc-telecom-maliyye-direktoru-89918881/apply
Bənzər elanlar



Razılaşma yolu ilə
Pərakəndə Kredit Məhsullarının İdarəedilməsi üzrə Mütəxəssis/aparıcı/baş mütəxəssis – Məhsul İdarəetməsi Departamenti
BakıBu gün 12:16












Razılaşma yolu ilə
Xəzinədarlıq Departamentinin Maliyyə İnstitutları ilə Hesablaşmalar Şöbəsi üzrə Təcrübəçi
Bakı16.09.2026
