Prayk
Kredit Riskləri şöbəsinin Aparıcı/Baş mütəxəssis — Maliyyə, Bakı
Razılaşma yolu ilə

Kredit Riskləri şöbəsinin Aparıcı/Baş mütəxəssis

Analiz edilibBu gün
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Baxışlar
8
Nömrə
№6292990

Təsvir

Kredit portfelinin keyfiyyətinin monitorinqi və risk göstəricilərinin təhlili; Yeni məhsulların kredit riski baxımından qiymətləndirilməsi və rəy verilməsi; Risk modellərinin (scorecard, limit sistemləri və s.) hazırlanması və təkmilləşdirilməsində iştirak; Müxtəlif seqmentlər üzrə (retail, KOS, korporativ) risk analizlərinin aparılması; Müntəzəm və ad-hoc risk hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması; Tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi və audit proseslərində iştirak; Daxili prosedur və qaydaların hazırlanması və təkmilləşdirilməsi; Digər struktur bölmələri ilə koordinasiya edərək risklərin effektiv idarə olunmasına dəstək vermək. Tələblər: Ali təhsil (İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə); Kreditləşmə, Kredit risklərinin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi; Bank məhsulları, kredit prosesləri və risk qiymətləndirmə metodologiyaları üzrə biliklər; Analitik düşüncə, məlumatlarla işləmə və problem həll etmə bacarığı; Excel, SQL, Python və ya digər analitik alətlər üzrə biliklər üstünlükdür; Risk modelləri (scorecard, PD/LGD/EAD və s.) üzrə anlayış; Güclü kommunikasiya və təqdimat bacarıqları; Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Orta səviyyəli Şirkət: ATB Bank Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/atb/atb-kredit-riskleri-sobesinin-aparicibas-mutexessis-77878706/apply
REKLAM