Prayk

Mal-material üzrə mühasib

Razılaşma yolu ilə
Yoxlanılıb1 həftə əvvəl
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Baxışlar
2
Nömrə
№2386972

Təsvir

İş barədə məlumat - Anbarlara malların hərəkətinə nəzarət olunması, açılan Sifarişlərin təqib olunması; - 1C proqramında "Anbar" bölümünə aid bütün işlərin gündəlik yerinə yetirilməsi (yerdəyişmələr, inventarların uçotu, malların silinməsi, əsas vəsaitin uçotu, maya dəyərinin hesablanması və s.); - Hesab və elektron qaimə-fakturalarının yoxlanılması - Smetalarla işləmək, Forma 2`lərin tərtibində yaxından köməklik etmək, smeta (BOQ) üzrə materialların həcmindən nəzərdə tutulandan artıq və ya əskik istifadəsinə nəzarət və kənarlaşmaların aktlaşdırılması; - Layihələr üzrə daxili anbar hesabatlarının verilməsi (aylıq, illik); - Ay sonu anbarlar üzrə inventarizasiyaların təşkili, aparılması və aktlaşdırılması; - Lazım gəldikdə şirkətin rayonda olan layihələrinə ezam olunmaq, yerlərdəki anbarların sənədləşməsinə dəstək vermək; - Baş mühasibin verdiyi tapşırıqları yerinə yetirmək. İş şərtləri: - 6 günlük iş rejimi, bazar günü istirahət günü - İş qrafki: saat 09:00-dan 17:00-na kimi (Şənbə: 09:00-dan – 15:00-dək) - Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin ediləcək - AR ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə. Namizədə tələblər - Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi (əsasən tikinti sektorunda (MEP) təcrübəsi olanlara üstünlük veriləcək); - Microsoft Excel, Microsoft Word, 1C 8.3 proqramlarında sərbəst işləmək bacarığı; - Konfidensiallığı qoruyub saxlamaq bacarığı - Azərbaycan dili biliyi (Rus dili biliyi üstünlükdür); - Komanda ilə işləmə bacarığı; - Gərgin iş tempinə uyğunlaşa bilən; - Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı. Tələblərə cavab verən namizədlərin CV-lərini elektron poçt ünvanına mövzu yerində "Mal-material üzrə mühasib" başlığı yazmaqla göndərməkləri xahiş olunur. Şəhər: Bakı Yaş: 25 - 50 yaş Təhsil: Ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər Əmək haqqı: 1000 - 1500 AZN

Bənzər elanlar

Mühasib — Bakı
Razılaşma yolu ilə

Mühasib


Bakı24.09.2026