Prayk
Marketinq Mütəxəssisi (Rəqəmsal yönümlü) — Marketing, reklam, PR
1 200 ₼

Marketinq Mütəxəssisi (Rəqəmsal yönümlü)

Analiz edilibBu gün
Tarix
Nömrə
№3430793

Təsvir

Vəzifənin məqsədi: Şirkətin təmsil etdiyi brendlərin tanıtımını, məhsul və xidmətlərin təqdimatını təmin etmək, izləyici kütləsini artırmaq və müştəri ilə rəqəmsal ünsiyyəti gücləndirmək. Vəzifə Öhdəlikləri Performance Marketinq: Meta Ads, Google Ads və TikTok reklam kampaniyalarının strategiyasının qurulması, icrası, idarə edilməsi və optimizasiyası Partnyor və Şəbəkə İdarəedilməsi: Diler, diler şəbəkələri və korporativ partnyorlarla birgə rəqəmsal marketinq fəaliyyətlərinin, ortaq kampaniyaların və ko-branding layihələrinin əlaqələndirilməsi və idarə olunması. Büdcə Planlaması: Aylıq və rüblük rəqəmsal reklam büdcələrinin planlaşdırılması, xərclərin bölgüsü, kanallar arası optimizasiyası və effektivliyinin izlənilməsi. Tədbir və Kampaniya Dəstəyi (Extra Effort): Şirkətin iştirak etdiyi sərgilər, diler görüşləri, yeni məhsul təqdimatları və böyük satış kampaniyaları (məsələn: Yeni il, Black Friday və s.) zamanı əlavə resurs və vaxt sərf edərək (extra effort) rəqəmsal dəstəyin, xüsusi səhifələrin və reklamların vaxtında işə salınmasının təmin edilməsi. Analitika və İzləmə: GA4, Google Tag Manager, Meta Pixel və Conversion API inteqrasiyalarının qurulması, həmçinin Google Search Console vasitəsilə SEO performansının izlənilməsi. Metrik Nəzarəti: CTR, CPC, CPL, CPA, ROAS və digər əsas performans göstəricilərinin gündəlik və aylıq izlənməsi, rəqabətli mühitdə Google Ads Auksion İnsights analizi. Veb-sayt idarəetməsi ilə bağlı təcrübəyə sahib olmaq. Auditoriya və Strategiya: Hədəf kütlələrin seqmentləşdirilməsi, remarketing/retargeting kampaniyalarının təşkili və bazar tendensiyalarının təhlili. Kreativ İdarəetmə: Kontent komandası üçün reklam yönümlü brieflərin hazırlanması, veb-sayt və landing page-lərin optimizasiyası üzrə tövsiyələr. Hesabatlılıq: Aylıq rəqəmsal marketinq hesabatlarının hazırlanması və büdcənin effektivliyinin artırılması istiqamətində təkliflərin verilməsi. Namizədə Tələblər Marketinq sahəsində minimum 2il rəqəmsal üzrə minimum 1il praktiki iş təcrübəsi (Middle səviyyəyə uyğun olaraq müstəqil qərar qəbul etmə və büdcə idarəetmə bacarığı). Meta Ads Manager və Google Ads platformalarında sərbəst, peşəkar səviyyədə işləmə təcrübəsi. B2B şəbəkələr, diler kanalları və ya partnyor münasibətləri istiqamətində marketinq fəaliyyətlərinin idarə olunmasında təcrübə. GA4, Google Tag Manager və Pixel/Conversion API quraşdırmalarında dərindən praktiki biliklər. Büdcə planlaması, xərclərin optimizasiyası və reklam metriklərinin Excel / Google Sheets vasitəsilə analizi. Çoxsaylı layihələri idarə etmək bacarığı, intensiv iş qrafikinə və tədbir dövrlərində çevik (flexible/extra effort) iş rejiminə uyğunlaşma. Analitik düşüncə, detallara diqqət və nəticəyönümlü yanaşma. Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, texniki materialları oxumaq üçün səviyyədə İngilis dili. E-commerce və B2B lead generation layihələrində işləmiş olmaq (klimatik avadanlıqlar və ya texniki məhsul sektorunda təcrübə əlavə üstünlükdür). SEO prinsipləri və baza səviyyəsində optimizasiya bilikləri. Biz Nə Təklif Edirik? Real və geniş miqyaslı Çin brendləri ilə B2B/B2C layihələr üzərində işləmək imkanı. Peşəkar inkişaf, rəqəmsal alətlər üzrə təlimlər və dinamik öyrənmə mühiti. Görülən işlərin nəticəsinə və performansa əsaslanan inkişaf perspektivi. Dinamik, səmimi və nəticəyönümlü komanda ilə işləmək mühiti. Korporativ nömrə şirkət tərəfindən təmin edilir Əyləncəli mühitdə team buildinglər Əmək şəraiti: 5 günlük iş rejimi; İstirahət günü: Bazar günü. Vəzifə üzrə əmək haqqı: 1200-1500 Azn İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli (Aynalı Plaza) Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 1200 AZN Son müraciət tarixi: 29.10.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© NewCond jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar