
Bakı1
Maya Dəyərinin Hesablanması və Reseptura üzrə Mütəxəssis

Razılaşma yolu ilə
Maya Dəyərinin Hesablanması və Reseptura üzrə Mütəxəssis
YoxlanılıbBu gün
ŞəhərBakı
Tarix
Baxışlar1
Nömrə№4093584
Təsvir
Məhsul resepturalarının hazırlanmasını, sistemə daxil edilməsini və mütəmadi yenilənməsini həyata keçirmək;Resepturalarda istifadə olunan xammal və inqrediyentlər üzrə sərfiyyat normalarını müəyyənləşdirmək və sistemdə düzgün əks etdirilməsini təmin etmək;Məhsulların maya dəyərinin hesablanmasını həyata keçirmək və xammal qiymətlərindəki dəyişikliklərə uyğun olaraq müvafiq yenilənmələri aparmaq;İstehsalat, anbar və satış məlumatlarının qarşılıqlı uyğunluğunu yoxlamaq və aşkar edilmiş uyğunsuzluqları araşdırmaq;Mal qəbulu, silinmə, transfer və digər mal-material əməliyyatlarının ERP sistemi üzərindən düzgün uçotunu və izlənilməsini təmin etmək;İnventarizasiya proseslərində iştirak etmək, faktiki və sistem qalıqları arasındakı fərqləri təhlil etmək və səbəblərini araşdırmaq;Xammal və materialların qiymət dəyişikliklərinin məhsulların maya dəyərinə təsirini təhlil etmək və resepturalarda müvafiq dəyişiklikləri həyata keçirmək;İstehsalat, maya dəyəri və maliyyə göstəriciləri üzrə hesabatların hazırlanmasına dəstək göstərmək;ERP və mühasibat uçotu sistemlərində məlumatların düzgün, tam və aktual şəkildə əks etdirilməsinə nəzarət etmək;Sistem məlumatları ilə faktiki istehsalat və anbar göstəricilərinin uyğunluğunu mütəmadi olaraq yoxlamaq.
Tələblər:
Ali təhsil – Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, İstehsalatın təşkili və ya əlaqəli sahələr üzrə;İstehsalat uçotu, maya dəyərinin hesablanması, anbar uçotu və ya maliyyə sahəsində iş təcrübəsi;Məhsul resepturaları və xammal sərfiyyatı üzrə əsas anlayışların olması;ERP və ya mühasibat uçotu proqramları ilə işləmə bacarığı;Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı;Xammal və materialların qiymət dəyişikliklərinin maya dəyərinə təsirini təhlil etmək bacarığı;Anbar, istehsalat və satış məlumatlarının müqayisəsi və uyğunsuzluqların müəyyənləşdirilməsi bacarığı;Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik;
Vakansiya növü: Tam ştat
Şirkət: OBA Market MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/oba/oba-maya-deyerinin-hesablanmasi-ve-reseptura-uzre-mutexessis-88892438/apply
Bənzər elanlar















