İş haqqında məlumat:
Mexaniki, elektrik və santexnika (MEP) sistemlərinin layihələndirilməsi və icrasına nəzarət etmək;HVAC, havalandırma, kondisioner, su təchizatı, kanalizasiya və yanğınsöndürmə sistemləri üzrə işləri koordinasiya etmək;Layihə və işçi çertyojlarını yoxlamaq, zəruri hallarda Shop Drawing və As-Built sənədlərini hazırlamaq;Tikinti sahəsində MEP işlərinin layihə və texniki standartlara uyğun icrasına nəzarət etmək;Podratçı və subpodratçıların işlərini koordinasiya etmək;Material və avadanlıqların texniki tələblərə uyğunluğunu yoxlamaq;Layihə üzrə material həcmlərinin (MTO/BOQ) hazırlanmasında iştirak etmək;Sahədə yaranan texniki problemləri müəyyən etmək və həllində iştirak etmək;Görülən işlərlə bağlı gündəlik və həftəlik hesabatlar hazırlamaq.
Tələblər:
Mexanika, Elektrik, İnşaat mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;MEP sahəsində minimum 3 il iş təcrübəsi;AutoCAD proqramını yaxşı səviyyədə bilmək;Revit MEP biliyi üstünlükdür;Texniki çertyojları oxuma və təhlil etmə bacarığı;Tikinti norma və standartları barədə bilik;MS Office proqramlarında işləmə bacarığı;Analitik düşünmə və problem həll etmə qabiliyyəti;Komandada işləmək və effektiv koordinasiya bacarığı;Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;İngilis və/və ya rus dili biliyi üstünlükdür.Əlavə məlumatƏməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.İş rejimi: 6 günlük iş qrafiki ilə təyin olunur. İş yeri: Zığ qəsəbəsi.
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 10/10/2026