PLC, SCADA, HMI, uzaq giriş-çıxış modulları və sənaye rabitə sistemlərinin etibarlı işini təmin etmək;Temperatur, təzyiq, sərf, səviyyə, çəki və digər ölçü cihazlarının istismarına və texniki vəziyyətinə nəzarət etmək;Klapan, aktuator, sensor, tezlik çeviricisi və digər avtomatika avadanlıqlarının düzgün işləməsini təmin etmək;Avtomatika sistemlərinin layihə, quraşdırma, sazlama və işə salınması proseslərində iştirak etmək;Avtomatika arxitekturasını, giriş-çıxış siyahılarını, P&ID və idarəetmə sxemlərini yoxlamaq;FAT, SAT, loop check, kalibrasiya və funksional sınaqların həyata keçirilməsini təşkil etmək və nəticələrə nəzarət etmək;Start icazələri, bloklamalar, qəza dayandırmaları, xəbərdarlıqlar və qoruma funksiyalarını test etmək;PLC, SCADA və HMI proqramlarının ehtiyat nüsxələrinin, versiyalarının və texniki sənədlərinin idarə edilməsini təmin etmək;Avtomatika nasazlıqlarını, rabitə kəsilmələrini və ölçü xətalarını araşdırmaq, kök səbəbləri müəyyən etmək və aradan qaldırılmasını təmin etmək;Ölçü cihazlarının kalibrasiya qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək;Proqram dəyişikliklərini təsdiq edilmiş prosedurlara uyğun həyata keçirmək və dəyişiklikləri sənədləşdirmək;Avtomatika üzrə kritik ehtiyat hissələrinin siyahısını və minimum ehtiyat səviyyəsini müəyyən etmək;Avtomatika sistemlərinin vəziyyəti, nasazlıqlar və görülən işlər üzrə hesabatlar hazırlamaq.
Tələblər:
Avtomatika, idarəetmə, elektronika və ya elektrik mühəndisliyi üzrə ali təhsil;Sənaye avtomatikası və işə salma işlərində minimum 5 il praktiki təcrübə;Siemens, Schneider, Rockwell və ya analoji PLC/SCADA platformalarından ən azı biri üzrə proqramlaşdırma və diaqnostika təcrübəsi;HMI sistemləri, sənaye rabitə protokolları, VFD, ölçü cihazları və uzaq giriş-çıxış sistemləri üzrə praktiki bilik;P&ID, elektrik, loop və panel sxemlərini, giriş-çıxış siyahılarını oxuma bacarığı;FAT, SAT, loop check, kalibrasiya və funksional sınaqlar üzrə təcrübə;Proqram ehtiyat nüsxələrinin, versiya nəzarətinin və giriş hüquqlarının idarə edilməsi üzrə bilik;Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ya ingilis dilində texniki sənədləri oxuma bacarığı.
Vakansiya növü: Tam ştat
Şirkət: Grand-Agro MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/grandagro/grandagro-avtomatika-muhendisi-67773654/apply