Prayk

Mühasib köməkçisi

600 ₼
Yoxlanılıb1 həftə əvvəl
Kateqoriya
Maliyyə
Tarix
Nömrə
№2479963

Təsvir

İş barədə məlumat Satış, alış və bank əməliyyatlarına dair sənədlərin hazırlanması və uçotunun aparılması 1C 8.3 proqramında alış və satış əməliyyatlarının işlənməsi Mal-materialların, əsas vəsaitlərin və digər aktivlərin uçotunun aparılması Hər bir layihə və ya iş üzrə material və xərclərin dəqiq uçotunun aparılması Kadr uçotu üzrə sənədləşmə (işə qəbul, işdən azad olunma, məzuniyyət və s. üzrə əmrlərin və ərizələrin tərtib edilməsi) Gündəlik təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi və 1C proqramına daxil edilməsi Hesab-fakturaların (Invoice), müqavilələrin və aktların hazırlanması, protokolların tərtibi Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasında iştirak Maliyyə uçotunun düzgün və şəffaf şəkildə aparılmasına nəzarət Namizədə tələblər İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq ixtisası üzrə ali təhsil Mühasibatlıq sahəsində ən azı 3-5 illik təcrübə 1C 8.3 proqramında peşəkar səviyyədə işləmə bacarığı E-Qaimə, E-VHF, ƏDV DH və digər elektron vergi sistemlərində işləmə bacarığı MS Office proqramlarını (xüsusilə Excel, Word) yüksək səviyyədə bilmək Vergi və Əmək qanunvericiliyi üzrə praktiki biliklər Beynəlxalq Mühasibat Uçotu Standartları (IFRS) üzrə biliklər arzuolunandır Dəqiqlik, məsuliyyət və hesabatlılıq qabiliyyəti Komandada işləmək və eyni zamanda müstəqil qərar vermək bacarığı İngilis və Rus dillərini bilmək üstünlükdür İş şərtləri: İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək Əmək haqqı: 600 - 800 Azn (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər) İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi Əlaqə nömrəsi:  050-231-12-05 (HR) Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 600 AZN Son müraciət tarixi: 18.10.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© AZPROM jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar