Şirkətimiz əsas mühasibat və maliyyə əməliyyatlarına, o cümlədən kreditor borclarının uçotu və xəzinədarlıq fəaliyyətlərinə nəzarət və koordinasiya edəcək Mühasibatlıq üzrə baş mütəxəssis axtarır. Vəzifə bank hesablarının və pul vəsaitlərinin idarə olunması, ödənişlərin həyata keçirilməsi, təchizatçılarla hesablaşmalar, satış hesab-fakturalarının hazırlanması və gəlirlərin tanınması, şirkətlərarası əməliyyatlar, xərclərin uçotu, ERP sistemləri ilə bağlı proseslər, həmçinin aysonu və ilsonu bağlanış proseslərinə cavabdeh olacaqdır. Eyni zamanda, əməliyyatların dəqiqliyinin, müvafiq tələblərə uyğunluğunun və aidiyyəti komandalarla effektiv koordinasiyanın təmin edilməsi vəzifənin əsas məsuliyyətlərinə daxildir.
Əsas vəzifə öhdəlikləri:
Bank hesabları və pul vəsaitlərinin idarə olunmasıBank hesabları və kassalar üzrə pul vəsaitlərinin planlaşdırılması və nəzarəti;Ödəniş sənədləri əsasında məbləğlərin konsolidasiyası, hesablararası köçürmələrin və valyuta əməliyyatlarının təşkili;Kassa əməliyyatlarının və kassa üzləşdirmələrinin aparılması.Ödənişlərin təşkili və təchizatçılarla hesablaşmalarTəchizatçılar və podratçılar üzrə ödəniş sənədlərinin yoxlanılması və təsdiqlənməsi;Tutmaların, zəmanətlərin və digər çıxıntıların düzgünlüyünün yoxlanılması;Ödənişlərin sistemdə yaradılması, banklarla koordinasiya və ödəniş statusunun izlənilməsi;Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq tərəflərlə koordinasiya.Satış hesab-fakturaları və gəlirlərin tanınmasına nəzarətSatış hesab-fakturalarının düzgünlüyünə və vaxtında hazırlanmasına nəzarət;Satış və əməliyyat komandaları ilə koordinasiya edərək fərqlərin araşdırılması;Satış üzrə aylıq üzləşdirmələrin aparılması və müştərilər üçün aktların hazırlanmasına dəstək.Şirkətlərarası əməliyyatlar (Intercompany)Şirkətlərarası hesab-fakturaların və xərclərin düzgün uçotuna nəzarət;Gömrük, audit, IT və digər xərclər üzrə intercompany recharge prosesinə dəstək.Xərclərin təhlili və maya dəyərinin formalaşdırılmasıXərclərin düzgün təsnifatı və maya dəyərinin formalaşdırılması;Əsas vəsaitlər, accrual və digər xərclər üzrə uçotun düzgünlüyünün təmin edilməsi.ERP sistemlərinə metodiki və funksional dəstəkTəchizatçı və podratçı məlumatlarının sistemə düzgün daxil edilməsinə nəzarət;COINS sistemində iş axınlarının optimallaşdırılmasına dəstək;Yeni sistemlərin ERP ilə inteqrasiyasında iştirak.Aysonu və ilsonu bağlanış prosedurlarıAysonu və ilsonu üzləşdirmələrin təşkili və icrası;Bank hesabları, gömrük və kart əməliyyatları üzrə üzləşdirmələrin aparılması;Uyğunsuzluqların təhlili və hesabat komandası ilə koordinasiya.Gömrük bəyannamələri üzrə üzləşdirmələrGömrük bəyannamələrinin müvafiq hesab-fakturalarla uyğunlaşdırılması;Avans ödənişlərinin vaxtında bağlanmasına nəzarət;Gömrük və Satınalma komandaları ilə koordinasiya.Kommunikasiya, koordinasiya və komanda nəzarətiDaxili bölmələr, xarici tərəflər və Accounts Payable komandası ilə effektiv əməkdaşlıq və koordinasiya;Audit, hesabat və uyğunluq proseslərinə dəstək göstərilməsi;Accounts Payable komandasının gündəlik fəaliyyətinə nəzarət və metodiki rəhbərliyin təmin edilməsi;Daxili nəzarət mexanizmlərinə və mühasibat siyasətlərinə uyğunluğun təmin edilməsi.
Vakansiya növü: Tam ştat
Şirkət: PASHA Real Estate Group
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/pre/pre-senior-accountant-41945182/apply