Struktur bölmənin adı: Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamenti
Vəzifənin funksiyaları:
Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflər hazırlanması
Kapital bazarında siyasət və tənzimləmə üzrə müəyyən edilmiş strateji hədəflərə əsaslanaraq siyasətin formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak;
Kapital bazarının tənzimlənməsi üzrə beynəlxalq təcrübədə istifadə olunan nəzəri və təcrübi məsələlərin öyrənilməsi, alternativ tənzimləmə alətlərinin tətbiqi üzrə təkliflərin hazırlanmasında iştirak;
Kapital bazarında yeni alətlərin formalaşdırılması, proses və prosedurların optimallaşdırılması üzrə təkliflər verilməsində iştirak;
Kapital bazarının infrastrukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində təkliflərin hazırlanmasında iştirak;
Kapital bazarına dair daxil olmuş sorğuların cavablandırılması, şikayətlərə baxılması və rəylərin hazırlanması;
Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondları və onların idarəçilərinin stress-testləşməsi metodologiyasının hazırlanmasında iştirak;
Kapital bazarının inkişaf strategiyasının formalaşdırılması üzrə təkliflərin verilməsində iştirak;
Kapital bazarının inkişafının dəstəklənməsi və təbliğində iştirak;
Mərkəzi depozitar, klirinq təşkilatı və fond birjasının fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
Kapital bazarında dəstəkləyici və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;
Kapital bazarına dair maliyyə savadlılığının artırılması üzrə tədbirlərdə iştirak.
Təhsil
İqtisadiyyat/maliyyə - Ali təhsil
Təcrübə
Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda 2 illik iş təcrübəsi
Texniki biliklər
Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
Qiymətli kağızlar bazarı haqqında qanun - yüksək səviyyədə
Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri - yüksək səviyyədə
Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza - yaxşı səviyyədə
İnvestisiya fondları haqqında qanun - yaxşı səviyyədə
Maliyyə sistemi, maliyyə bazarları və alətləri - yüksək səviyyədə
Maliyyə hesabatlılığı – yaxşı səviyyədə
Ümumi iqtisadiyyat - yüksək səviyyədə
Kompüter bacarığı
MS Office proqramları - yaxşı səviyyədə
Dil bilikləri
Azərbaycan dili - yüksək səviyyədə
İngilis dili – yaxşı səviyyədə
Davranış kompetensiyaları
Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik, vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 01.10.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/azerbaycan-respublikasinin-merkezi-banki-prudensial-siyaset-sobesinin-analitiki-152191