Vəzifə öhdəlikləri
İnzibati binaya daxil olan qonaqları qarşılamaq, gəliş məqsədini müəyyən etmək və müvafiq struktur bölmələrə yönləndirmək;
Telefon zənglərini qəbul etmək, yönləndirmək və ya zəruri məlumatları təqdim etmək;
Qonaqların və qəbula gələn şəxslərin qeydiyyatını aparmaq;
Qonaqlara və əməkdaşlara zəruri informasiya dəstəyi göstərmək;
Tədbir və iclaslar zamanı qonaqların qarşılanmasını, qeydiyyatını və yerləşdirilməsini təmin etmək;
Qonaqlara gözləmə zalında rahat şəraitin (səliqə, içməli su və s.) olmasına nəzarət etmək;
Gündəlik qonaq statistikasının hesabatını aparmaq;
Gələn kuryer, poçt və çatdırılma xidmətlərinin qəbulunu və yönləndirilməsini təmin etmək;
Təhlükəsizlik xidməti ilə koordinasiyalı şəkildə işləmək;
İnzibati binada təhlükəsizlik və daxili nizam-intizam qaydalarına riayət olunmasına səahiyyətləri daxilində nəzarət etmək.
Namizədə tələblər:
Ali təhsilli;
21-30 yaş aralığı;
MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmə bacarığı;
Azərbaycan və rus dilində sərbəst danışıq;
Ünsiyyətcil, məsuliyyətli və təşkilatçılıq qabiliyyəti yüksək olan;
Komandada işləmək bacarığına sahib.
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
İş vaxtı: həftənin 5 günü, saat 09:00-18:00;
İstirahət günləri: şənbə və bazar
Əmək haqqı 1200 manat (gross)
Tələblərə uyğun namizədlər mövzu yerində “Qeydiyyatçı (reception)” yazaraq CV formasını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Maaş: 1200 AZN
Son müraciət tarixi: 18.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/dovlet-qurumu-publik-huquqi-sexs-qeydiyyatci-reception-151573