
10
Risklərin idarə edilməsi şöbəsi/ Şöbə Rəhbəri

Razılaşma yolu ilə
Risklərin idarə edilməsi şöbəsi/ Şöbə Rəhbəri
YoxlanılıbDünən
Tarix
Baxışlar10
Nömrə№4171564
Təsvir
Təsvir
BOKT-nin fəaliyyətini əhatə edən bütün proseslər üzrə risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və idarə olunmasına nəzarət etmək;
BOKT-nin fəaliyyətinin mövcud bazar şərtlərinə və BOKT-nin strategiyasına uyğun olması üçün lazımi dəyişikliklərlə bağlı rəhbərliyə təkliflər vermək;
BOKT-nin əməliyyat və digər fəaliyyət istiqamətləri üzrə daxili qaydaların adekvatlığını qiymətləndirmək, risk yarada biləcək müddəaları müəyyənləşdirmək və təkmilləşdirilməsini təmin etmək;
Daxili normativ sənədlərin mövcud qanunvericiliyin və tənzimləyici orqanın tələblərinə uyğunluğunun monitorinqini həyata keçirmək;
Müxtəlif ssenarilər üzrə BOKT-nin risklərə dayanıqlığını qiymətləndirmək məqsədilə risk modellərinin hazırlanmasını və stress-testlərin keçirilməsini təşkil etmək;
BOKT-nin məhsul, xidmət və biznes proseslərinin risk yönümlü təhlilini həyata keçirmək;
Risk limitləri, səlahiyyət hədləri və əsas risk indikatorlarının (KRI) müəyyənləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
Risklərin qiymətləndirilməsi və təhlilinin nəticələri üzrə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Risklərin idarə edilməsi üzrə daxili nəzarət mexanizmlərinin effektivliyini təmin etmək və təşkilatda risk mədəniyyətinin (Risk Culture) formalaşdırılmasına rəhbərlik etmək;
Risklərin idarə edilməsi şöbəsinin fəaliyyətini planlaşdırmaq, iş bölgüsünü aparmaq və şöbə əməkdaşlarının peşəkar inkişafını təmin etmək.
Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifə və funksiyaları həyata keçirmək.
Tələblər
Bank və ya BOKT sektorunda Risklərin idarə edilməsi sahəsində minimum 5 il (ən azı 1-2 il rəhbər və ya aparıcı/baş mütəxəssis vəzifəsində) iş təcrübəsi;
Risklərin qiymətləndirilməsi, təhlili və hesabatların hazırlanması üzrə praktiki biliklər;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Güclü təqdimat və kommunikasiya bacarıqları.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 08.11.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/ideal-kredit-bokt-risklerin-idare-edilmesi-sobesi-sobe-rehberi-153320
Bənzər elanlar





Razılaşma yolu ilə
Biznes satış üzrə mütəxəssis/aparıcı mütəxəssis (SME kreditləri), (Qusar filialı)
QusarDünən 16:21








Razılaşma yolu ilə
(Lənkəran filialı) Mikro biznes müştəriləri üzrə təcrübəçi / kiçik mütəxəssis
LənkəranDünən 13:20


