Prayk

Sahə memarı

Razılaşma yolu ilə
Yoxlanılıb2 həftə əvvəl
Şəhər
Bakı
Kateqoriya
Dizayn
Tarix
Baxışlar
2
Nömrə
№2957839

Təsvir

İş barədə məlumat - Tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işlənib hazırlanmasında iştirak etmək; - Memar - dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək; - Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımı texniki sənədlərin komplektliyini, layihələşdirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasını təmin etmək; - Yuxan təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak etmək; - Layihə olunmuş obyektlərdə istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək; - Layihələşdirməyə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak etmək; - Yerinə yetirilmiş işlər haqqında hesabat tərtib edərək struktur bölmə rəhbərinə təqdim etmək; - Tamamlama və bəzək işlərində, yerində ölçü alımlarında töhvə vermək. - Həftə içi 5 iş günü. Namizədə tələblər - Cins: Bəy namizəd - Yaş həddi: 25 – 50 - Ali təhsil: Memarlıq ixtisası üzrə bakalavr dərəcəsi; - İş təcrübəsi: Sahə memarı kimi ən azı 3 il iş təcrübəsi; - Dil bilikləri: Azərbaycan dili – səlis, rus və ingilis dili– üstünlükdür; - Kompüter bacarıqları: MS Office, AutoCAD; - İş həcmlərinin hesablanmasını bilmək; - Podratçıların fəaliyyətini idarə edə bilmək; - Ofisdəki texniki heyətlə sahənin mühəndis heyəti arasında koordinasiyanı təşkil etmək bacarığı. Şəhər: Bakı Yaş: 30 - 50 yaş Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər Əmək haqqı: 1300 - 1700 AZN

Bənzər elanlar