
SAT Müəllimi (Math / Verbal)
SAT Müəllimi (Math / Verbal)
Razılaşma yolu ilə
Yoxlanılıb6 gün əvvəl
Tarix
Nömrə№2729124
Təsvir
İş növü: Tam və ya yarım ştat (Full-time / Part-time)
Yerləşmə: Bakı, Azərbaycan
Biz tələbələrimizə qlobal imtahanlara hazırlıq və xaricdə təhsil sahəsində ən yüksək keyfiyyətli xidməti təqdim edirik. Komandamızın böyüməsi ilə əlaqədar olaraq, SAT (Math və ya Verbal/English) üzrə peşəkar və dinamik müəllimlər axtarırıq.
Vəzifə öhdəlikləri:
SAT imtahan proqramına (Math və ya English/Verbal) uyğun olaraq dərslərin yüksək səviyyədə tədris edilməsi
Tələbələrin ilkin bilik seviyyəsinin qiymətləndirilməsi və fərdi ehtiyaclarına uyğun tədris planının qurulması
Müntəzəm olaraq sınaq imtahanlarının (Mock Exams) təşkili, nəticələrin təhlili və tələbələrin zəif tərəflərinin təkmilləşdirilməsi
Tələbələrin davamiyyəti, aktivliyi və tərəqqisi barədə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Tədris materiallarının, resursların və metodologiyanın daim yenilənməsi və inkişaf etdirilməsi
Namizədə dair tələblər:
Ali təhsil (Riyaziyyat, İngilis dili, Pedaqogika və ya müvafiq sahələr üzrə üstünlükdür)
SAT (Math və ya Verbal) tədrisi sahəsində minimum 1-2 il iş təcrübəsi
Müvafiq imtahanlardan (SAT, IELTS və ya TOEFL) yüksək rəsmi balın olması arzuolunandır
Yüksək səviyyədə ingilis dili biliyi (tədris tamamilə ingilis dilində aparılır)
Güclü ünsiyyət, təqdimat və pedaqoji bacarıqlar
Müxtəlif yaş qruplarından olan tələbələrlə işləmək və onları motivasiya etmək qabiliyyəti
Biz nə təklif edirik:
Beynəlxalq miqyaslı (Oxford Digital Institute tərəfdaşı olan) şirkətdə işləmək imkanı
Rəqabətədavamlı və performansa əsaslanan əməkhaqqı
Rahat və müasir iş şəraiti
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Çevik iş qrafiki
Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "SAT Müəllimi" (və ya sahənizə uyğun olaraq "SAT Math" / "SAT English") qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 21.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/step-by-step-international-hub-sat-muellimi-math-verbal-151747
Bənzər elanlar


Satıram

Satıram







Satıram




