Prayk
Satılır 4.3 sot torpaq Qəbələ — Torpaq
57 000 ₼

Satılır 4.3 sot torpaq Qəbələ

SatılırAnaliz edilibİşlənmişDünən
Kateqoriya
Torpaq sahəsi
Çıxarış (kupça) var
Bəli
Əməliyyat növü
Satış
Torpaq sahəsi
4.3 sot
Əmlakın növü
Torpaq
Tarix
Baxışlar
6
Nömrə
№4121064

Təsvir

Torpaq Qəbələ rayonu Vəndan qəsəbəsində yerləşir. Sahəsi 4.3 sotdur və sənədi tikinti təyinatlı çıxarışdır(kupça) Şəxsi torpağımdır, makler deyiləm. Torpaq demək olar ki, dördbucaqlı düzbucaq formasındadır və ölçüləri belədir: 18 x 24.5 x 17 x 25.1 metr. Yolu asfaltdır və bütün komunallar, qaz, işıq, su, internet qapının ağzından keçir. Suyu torpağın arxasındakı dağdan çıxan bulaq suyundan birbaşa çəkilib. Vəndamın ən sərin yerində yerləşir. Yayda həmin ərazi ilə Vəndamın mərkəzi arasında 3-5 dərəcə istilik fərqi olur. Hər tərəfdən ideal dağ, meşə mənzərəsi var və hətta torpağın özü də düz dağın ətəyində yerləşdiyi üçün birbaşa dağa, meşəyə çıxışı da var. Dörd bir tərəfi yarımhasarlıdır və dağa, meşəyə çıxış üçün arxa əl qapısının da yeri qoyulub. Həm şəxsi bağ evi tikintisi, həm də günlük kirayə evlər üçün mükəmməl torpaqdır. Çox ideal və əlverişli ərazidir. Qonaq evi tikmək üçün idealdır. Vəndamda və ümumiyyətlə Qəbələdə belə hazır və bütün bu kriteriyalara sahib yəni, konkret bölünmüş hazır, bütün komunalları mövcud, dörd bir tərəfi hasarlı, birbaşa dağın dibində və dağa çıxışı olan və bu qiymətə torpaq demək olar ki yoxdur. Həyətdə böyük qoz ağacı da var, hansı ki, gələcəkdə tikiləcək evin həyəti üçün gözəl kölgəlik yaradır. Real alıcı ilə qiymətdə razılaşmaq olar.

Elanın mənbəyi

Orijinal elanı aç

© Əhməd emlak.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar