Bakı13
Satılır 6 otaqlı həyət evi/bağ evi 360 m²












660 000 ₼
Satılır 6 otaqlı həyət evi/bağ evi 360 m²
SatılırAnaliz edilibİşlənmişBu gün
ŞəhərBakı
KateqoriyaEv, bağ, kottec
Çıxarış (kupça) varBəli
Əməliyyat növüSatış
Əmlakın növüHəyət evi / Bağ / Villa
Otaq sayı5 və daha çox
Sahə360 m²
Torpaq sahəsi8 sot
TəmirOrta təmirli
SatıcıMülkiyyətçi
Tarix
Baxışlar13
Nömrə№4268425
Təsvir
Masazır qəsəbəsi Əliağa Vahid küçəsi 5 ünvanında yerləşən sahəsi 360 kv.m olan 6 otaqlı bağ evi satılır.
Mərkəzdə məktəblə üzbəüz yerləşən ikimərtəbəli evin sahəsi (12*15) m. Ümumi torpaq sahəsi 0,08 hektar olan evin damı Almaniya istehsalı olan metal şiferdəndir. Birinci mərtəbədə yay verandası, iki qonaq otağı və küçəyə çıxışı olan iki köməkçi otaq (18 kv.m, 50 kv.m) var. Küçəyə çıxışı olan otaqlardan obyekt kimi istifadə etmək olar. İkinci mərtəbənin döşəməsi mozaika parketdəndir. Orada iki yataq otağı (18, 24 kv.m) var. İkinci mərtəbədəki (50 kv.m) qonaq otağında qaz kamin var. Həmçinin bağlı veranda (50 kv.m), mətbəx, iki hamam, 2 ədəd split kondisioner, şəhər telefonu, internet, NTV paketi, krosna antenası var. Ev iki su xətti (Şollar və Ceyranbatan) ilə təmin olunub, həyətdə ehtiyat üçün 6 tonluq su çəni, çoxlu meyvə ağacları da (albalı, ərik, armud, gilas, alma, üzüm, heyva, xurma, badam, muşmula) var. Sənədlər qaydasındadır. Torpağın və evin kupçası var.
Elanın mənbəyi
Orijinal elanı aç© Агаселим bina.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
