Prayk
Satılır həyət evi, Masazır — Ev, villa
425 000 ₼

Satılır həyət evi, Masazır

Rayon məlum deyil — aralıq bütün şəhər üzrədir, dəqiq müqayisə deyil
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 69 000 ₼ – 190 000 ₼
Belə elanlar orta hesabla 7 günə bağlanır
SatılırKopyaİşlənmiş3 həftə əvvəl
Çıxarış (kupça) var
Bəli
Əməliyyat növü
Satış
Əmlakın növü
Həyət evi / Bağ / Villa
Otaq sayı
5 və daha çox
Sahə
330 m²
Mərtəbə sayı
2
İpotekaya yararlı
Bəli
Tarix
Baxışlar
7
Nömrə
№2413699

Təsvir

Masazır qəsəbəsinin mərkəzində, əsas yoldan təxminən 300 metr məsafədə, yüksək və düzən ərazidə 10 sot fərdi həyətyanı torpaq sahəsi və üzərində yerləşən 330 m²-lik 2 mərtəbəli mülk birlikdə satılır. Mülk ümumilikdə 14 otaqdan və 4 ayrı giriş-çıxışı olan yaşayış sahəsindən ibarətdir. Bu xüsusiyyət evi həm böyük ailə, həm də bir neçə ailənin müstəqil şəkildə yaşaması üçün əlverişli edir. Ayrı yaşayış sahələrindən birini və ya bir neçəsini gələcəkdə kirayə məqsədilə istifadə etmək də mümkündür. Həyətyanı sahə geniş və abad vəziyyətdədir. Təxminən 7.5 sot bağ sahəsində 80-dən çox müxtəlif meyvə ağacı və yaşıllıq mövcuddur. Küçə geniş və rahatdır, ərazi yüksək olduğundan yağış və leysan sularının yığılması ilə bağlı problem yoxdur. Qaz, su, işıq, internet və mərkəzi kanalizasiya mövcuddur. Ərazi tam yaşayışlıdır, məhəllədə yeni çoxmərtəbəli binalar tikilib və yeni layihələr də həyata keçirilir. Torpaq və mülkün çıxarışı (kupçası) var, sənədlər qaydasındadır və sahibinin öz adınadır. İpotekaya uyğundur. Real və ciddi alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Ofis haqqı: 1% Kod: 02-8458

Elanın mənbəyi

Orijinal elanı aç

© Leyla Asemlak birja.com — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.