Prayk

Satınalma şöbəsinin müdiri

Razılaşma yolu ilə
YoxlanılıbDünən
Tarix
Nömrə
№3491303

Təsvir

Vəzifə öhdəlikləri: Şirkətin satınalma fəaliyyətlərini planlaşdırmaq, təşkil etmək və idarə etmək; Tədarükçülərin seçimini həyata keçirmək, alış tələblərini qiymətləndirərək ən uyğun qiymət və keyfiyyət göstəricilərini təmin etmək, şöbə rəhbərlərinə mütəmadi məlumat vermək; Yerli və xarici təchizatçıları araşdırmaq, seçim etmək və təchizatçı bazasını daim yeniləmək; Satınalma bazarını izləyərək xərcləri optimallaşdırmaq və daha əlverişli şərtlər əldə etmək üçün yeni tərəfdaşlarla əməkdaşlıq qurmaq; Təchizatçılarla qiymət endirimləri və digər kommersiya şərtləri üzrə effektiv danışıqlar aparmaq; Təsdiqlənmiş tələbnamələrin icrasını əlaqələndirmək və nəzarət etmək; Satın alınmış mallar, materiallar və xidmətlərə dair məlumat bazasını formalaşdırmaq, yeniləmək və xərclərə nəzarət etmək; Rəqabətli qiymət sorğusu prosesini idarə etmək və şəffaflığı təmin etmək; Müqavilələrin şərtlərini və xərclərini tərəfdaşlarla razılaşdırmaq; Şirkətin daxili inzibati və qeydiyyat prosedurlarına uyğunluğa nəzarət etmək; Satınalmaların aidiyyəti bölmələrə çatdırılmasını və hesabatlılığını təmin etmək; Daşınma və gömrük prosedurlarının koordinasiyasını həyata keçirmək. Tələblər: Ali təhsil (İqtisadiyyat, Menecment və ya aidiyyatı sahələr üzrə); Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (minimum 2 il rəhbər vəzifədə); Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər; Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı; Məsuliyyətli və detallara diqqətli olmalıdır; MS Office proqramlarını bilməlidir; Azərbaycan dili, mükəmməl rus və ya ingilis dillərini bilməlidir. Əmək şəraiti: İş qrafiki: 5 günlük İş vaxtı: 09:00-18:00 Könüllü tibbi sığorta Yemək təminatı Nəqliyyat xidməti İş yeri: Sumqayıt CV-nizi mövzu hissəsində “Satınalma şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Son müraciət tarixi: 30.10.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© STP-BTECH jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar