Prayk
Mühasib — Nəqliyyat, logistika, anbar, Bakı
Razılaşma yolu ilə

Mühasib

Analiz gedirBu gün
Şəhər
Bakı
Tarix
Nömrə
№3381038

Təsvir

Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək; Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək;İnventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək; Mühasibatlıq sənədlərinin 1C mühasib proqramına daxil etmək; Hesabatın hazırlanması üçün tabeli təşkilatlardan məlumatı toplamaq və təhlil etmək; Ezamiyyətə gedən işçilərin gündəlik və kommunal xərclərinin ödənilməsi üçün ezamiyyə vərəqələrinə uyğun hesabatı işçilərdən qəbul etmək və nəzarəti həyata keçirmək; Departamentin anbarı üzrə mal-materialların uçotunu aparmaq, sahələr üzrə mal-material hesabatların qəbul etmək və yoxlamaq; Materialların, yanacağın, pul vəsaitlərinin sərf olunmasının düzgünlüyünə nəzarət etmək. Tələblər: Təhsil: Müvafiq sahə üzrə ali təhsil;İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi arzu olunandır;Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları Mühasibat hesabının metod və formaları, uçot və hesabatı;  Hesabatların plan və korrespondensiyası; Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili; Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları; Hesablama texnikasının istismarı qaydaları; Diqqətlilik, analiktik düşüncə və peşəkar ehtiyatlılıq bacarıqları;Kompüter biliyi: Microsoft Office və 1C proqramlarında sərbəst işləmək;Dil biliyi: İngilis və ya Rus dili bilikləri üstünlükdür. Vakansiya növü: Tam ştat Şirkət: Azərbaycan Dəmir Yolları Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-muhasib-73754083/apply

Bənzər elanlar

Anbardar
Razılaşma yolu ilə

Anbardar


Bu gün 12:31