Prayk
Satış Təmsilçisi — Satış
Razılaşma yolu ilə

Satış Təmsilçisi

Analiz edilibDünən
Kateqoriya
Satış
Tarix
Baxışlar
12
Nömrə
№4273415

Təsvir

NewCond şirkəti  HVAC sahəsində , xüsusilə də  VRF kondisioner sistemlərinin korporativ satışını həyata keçirəcək peşəkar əməkdaş axtarır. Vəzifə öhdəlikləri: VRF və digər HVAC sistemlərinin korporativ müştərilərə təqdimatı və satışı; Yeni korporativ müştərilərin və layihələrin axtarılması; Tikinti şirkətləri, layihələndirmə təşkilatları, podratçılar və digər biznes müştəriləri ilə əlaqələrin qurulması; Layihələr üzrə texniki və kommersiya təkliflərinin hazırlanması; Müştərinin texniki tələblərinin müəyyənləşdirilməsi və uyğun HVAC həllərinin təklif olunması; Görüşlərin, təqdimatların və danışıqların aparılması; Mövcud müştəri portfelinin inkişaf etdirilməsi; Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə olunması; Bazarın və rəqib şirkətlərin araşdırılması. Namizədə tələblər: Yaş: 25–45 VRF, VRV, Multi Split və digər HVAC sistemləri üzrə 5 illik  peşəkar texniki bilik; HVAC sahəsində korporativ satış üzrə praktiki iş təcrübəsi; VRF sistemlərinin iş prinsipi, seçim və tətbiqi barədə yaxşı anlayış; Layihə oxuma və texniki spesifikasiyaları anlama bacarığı; Korporativ müştərilərlə danışıqlar aparmaq və satış bağlamaq bacarığı; Aktiv müştəri bazası və HVAC sektorunda əlaqələrin olması üstünlükdür; Azərbaycan dili sərbəst, rus və/və ya ingilis dili bilmək üstünlükdür; MS Office proqramlarında işləmək bacarığı; Nəticəyönümlülük, məsuliyyətlilik və yüksək kommunikasiya qabiliyyəti. Şirkət tərəfindən: Əməkhaqqı 2000-2500; Satış nəticələrinə əsaslanan bonus sistemi; Korporativ müştərilər və böyük layihələrlə işləmək imkanı; Peşəkar inkişaf və karyera perspektivi; Müasir və peşəkar iş mühiti. İş yeri: Bakı İş qrafiki: Tam iş günü Əgər siz HVAC və xüsusilə VRF sistemləri üzrə peşəkar bilik və satış təcrübəsinə maliksinizsə, CV-nizi bizə göndərin. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əlaqə: +994 50 678 88 88 Son müraciət tarixi: 09.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© NewCond jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar