
Bakı8
Sətəm üzrə müfəttiş
Sətəm üzrə müfəttiş
Razılaşma yolu ilə
Yoxlanılıb4 gün əvvəl
ŞəhərBakı
Tarix
Baxışlar8
Nömrə№3987843
Təsvir
Bizim üçün uyğun namizəd:
Ali təhsil (Əməyin mühafizəsi, texniki, mühəndislik və ya digər uyğun ixtisaslar üzrə təhsilə üstünlük verilir);
İstehsalat müəssisələrində SƏTƏM sahəsi üzrə minimum 3–4 il iş təcrübəsi tələb olunur;
Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
Müəssisədə SƏTƏM tələblərinə, daxili prosedurlara və ISO 45001, ISO 14001 standartlarının tələblərinə əməl olunmasına nəzarət etmək;
İstehsalat, anbar və yardımçı sahələrdə planlı və növbədənkənar SƏTƏM yoxlamaları aparmaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
Təhlükə və risklərin müəyyən edilməsi, risk qiymətləndirilməsinin aparılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsində iştirak etmək;
Qəza, insident və təhlükəli halların araşdırılmasında, səbəblərinin təhlilində və qabaqlayıcı tədbirlərin hazırlanmasında iştirak etmək;
İşçilərin SƏTƏM üzrə təlimatlandırılması, FMV-lərdən düzgün istifadə, yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə maarifləndirmə işlərini həyata keçirmək;
Fövqəladə hallara hazırlıq, təxliyə planları və praktiki təlimlərin təşkilində iştirak etmək;
Ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması və ekoloji tələblərə əməl olunmasına nəzarət etmək;
Əmək, sənaye təhlükəsizliyi və ətraf mühit üzrə normativ-hüquqi tələblərə uyğunluğun təmin edilməsində, həmçinin dövlət qurumlarının yoxlamaları üçün sənədlərin hazırlanmasında iştirak etmək;
SƏTƏM üzrə hesabatların, aktların, risk qiymətləndirilməsi sənədlərinin, təlim protokollarının və digər aidiyyəti sənədlərin hazırlanmasını, qeydiyyatını və arxivləşdirilməsini həyata keçirmək.
Nə əldə edəcəksiniz?
Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
Adekvat əmək haqqı;
Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
İş vaxtı - Növbəli;
İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/196984/setem-uzre-mufettis
Bənzər elanlar











Azersun Holding

AzəriMed MMC


