Prayk

Sətəm üzrə mütəxəssis

Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Tarix
Baxışlar
1
Nömrə
№4451641

Təsvir

Təsvir İşçilərin əməyin mühafizəsi üzrə bilik və bacarıqlarının inkişaf etməsi məqsədi ilə təlimatlandırmaq və qiymətləndirmək. Peşə sağlamlığının qorunması və təhlükəsiz əmək şəratinin yaradılmasına tövsiyələr vermək və nəzarət etmək, sahə üzrə yoxlamalar apararaq təhlükələri müəyyən etmək. Baş vermiş qəzalarının səbəblərinin araşdırılmasında iştirak etmək və oxşar qəzaların baş verməməsinə nəzarət etmək. Yeni işə qəbul olunanlarla ,podratçılara, qonaqlara, ezamiyyətə gələnlərə, istehsalat/anbar təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçmək. Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək. Müəssisənin daxili dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aylıq təşkili, icra edilməsi və hesabatlarını hazırlamaq. Şirkətin siyasətinə uyğun olaraq SƏTƏM-ə aid olan bütün məlumatların, hadisələrin statistik göstəriciləri barədə rəhbərliyə hesabat vermək. Tələblər Ali təhsil – Ətraf Mühit Mühafizəsi və ya müvafiq ixtisas üzrə bakalavr/magistr dərəcəsi MS Office proqramlarında işləmə bacarığı. Müvafiq sahə üzrə 1 il iş təcrübəsi Azərbaycan dilində sərbəst yazı və danışıq bacarığı. Əlavə qeyd: IOSH Managing Safely və ya NEBOSH IGC sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 12.11.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/mars-overseas-baku-setem-uzre-mutexessis-153550
REKLAM