Prayk
Şəxsi Sürücü — Nəqliyyat, logistika, anbar
600 ₼

Şəxsi Sürücü

YoxlanılıbDünən
Tarix
Baxışlar
9
Nömrə
№4271450

Təsvir

İş şəraiti Ünvan: Bakı-Şamaxı şosessi, Hökməli dairəsi Əmək haqqı: 600 - 800 AZN Rəhbərin (sahibkarın) və ailəsinin gündəlik nəqliyyat ehtiyaclarını qarşılayacaq, peşəkar, məsuliyyətli və etibarlı Şəxsi və Ailə Sürücüsü axtarılır. Vəzifə öhdəlikləri: Rəhbərin (sahibkarın) və ailə üzvlərinin təhlükəsiz, rahat və vaxtında nəzərdə tutulan ünvanlara çatdırılmasını təmin etmək; Gündəlik iş qrafikinə ciddi şəkildə uyğun hərəkət etmək və zərurət yarandıqda qeyri-iş saatlarında da xidmət göstərmək; Avtomobilin hər zaman təmiz, səliqəli və texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına nəzarət etmək; Avtomobilin texniki baxışı, sığortası və yanacaq təminatı ilə bağlı prosesləri vaxtında yerinə yetirmək və nəzarətdə saxlamaq; Məxfiliyi qorumaq, işgüzar və ailə etiketinə, həmçinin davranış qaydalarına tam riayət etmək; Gün ərzində verilən müxtəlif tapşırıqları dəqiq, çevik və məsuliyyətlə yerinə yetirmək. Tələblər: Şəxsi/ailə sürücüsü kimi isə ən azı 1 il iş təcrübəsi olması arzu olunandır; Yaş: 20-30 Bakı şəhərinin küçə, prospekt və ünvanlarını əla səviyyədə bilmək; Səliqəli xarici görünüş, nəzakətli və mədəni davranış qaydalarına sahib olmaq; Müvafiq kateqoriyalı sürücülük vəsiqəsi və təmiz sürücülük tarixi. Əlaqə nömrəsi: 051-207-27-31 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 600 AZN Son müraciət tarixi: 09.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Army Group jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar