
3
Stock Manager
Stock Manager
700 ₼
Yoxlanılıb1 həftə əvvəl
Tarix
Baxışlar3
Nömrə№3796977
Təsvir
Vəzifə öhdəlikləri
Məhsulların anbara giriş-çıxış hərəkətini izləmək və stok qalıqlarına daim nəzarət etmək;
Dövri fiziki inventarizasiya və sayımlar həyata keçirmək, faktiki qalıqları sistem məlumatları ilə müqayisə etmək;
Məhsulların düzgün yerləşdirilməsini, saxlanılmasını və təhlükəsizliyini təmin etmək;
Stok dövriyyəsi və qalıqlar barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
Ehtiyac duyulan məhsulların sifariş prosesini həyata keçirmək və tədarükçülərlə əlaqələri idarə etmək;
Müvafiq hesabatları hazırlamaq və vaxtında təqdim etmək;
Şirkətin mağazaları ilə anbar/ofis arasında məhsul hərəkətinin — qəbul, transfer, uçot və çıxarılma proseslərinin düzgün aparılmasını təmin etmək.
Tələb olunan bacarıqlar
Analitik düşüncə və stok səviyyələrini düzgün təhlil etmək bacarığı;
MS Excel, 1C və ERP/stok idarəetmə proqramları ilə işləmək bacarığı;
Güclü təşkilatçılıq və planlaşdırma bacarığı;
Dəqiqlik, məsuliyyətlilik və operativlik;
Hesabat hazırlamaq və məlumatları təhlil etmək bacarığı;
Şəxsi avtomobilinin olması mütləqdir;
Bəy namizədlərə üstünlük verilir.
Şirkət təklif edir
Əmək haqqı: 700 AZN + yanacaq xərcləri
İş qrafiki: 6 günlük iş həftəsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 700 AZN
Son müraciət tarixi: 05.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/universal-ra-mmc-stock-manager-152941
REKLAM












