
18
Təkər düzlüyü və balanslaşdırma üzrə usta

Razılaşma yolu ilə
Təkər düzlüyü və balanslaşdırma üzrə usta
Yoxlanılıb2 gün əvvəl
Tarix
Baxışlar18
Nömrə№4183591
Təsvir
İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid avtomobilləri
Vəzifə öhdəlikləri:
Avtomobillərin təkər düzülüşünün (razval-konvergensiya) yoxlanılması və tənzimlənməsi;
Təkərlərin balanslaşdırılması;
Müasir razval-balans avadanlıqları vasitəsilə ölçmə və tənzimləmə işlərinin aparılması;
Təkər, disk, asqı və sükan sistemlərinin texniki vəziyyətinin yoxlanılması;
Təkərlərin qeyri-bərabər yeyilməsinin səbəblərinin müəyyən edilməsi;
Təkər və asqı sistemlərində aşkar edilmiş nasazlıqlar barədə məlumat verilməsi;
Tənzimləmə işlərindən sonra nəticələrin yoxlanılması;
Görülən işlərin istehsalçı standartlarına uyğun həyata keçirilməsi.
Namizədə tələblər:
Müvafiq sahə üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
Razval-balans avadanlıqları ilə işləmək üzrə praktiki təcrübə;
Təkər, disk, asqı və sükan sistemləri üzrə texniki bilik;
Müasir 3D razval avadanlıqlarından istifadə bacarığı;
Təkər aşınmalarını düzgün qiymətləndirmək bacarığı;
Avtomobilin texniki göstəricilərinə uyğun tənzimləmə aparmaq bacarığı;
Elektrik və Plug-in Hibrid avtomobillərinin texniki xüsusiyyətləri barədə ümumi bilik;
Dəqiq, məsuliyyətli və intizamlı olmaq;
Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi;
Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi;
Müasir 3D razval-balans avadanlıqları ilə işləmək təcrübəsi.
İş şəraiti
İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
İş rejimi: 6 günlük iş qrafiki
İstirahət günü: Bazar günü
Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Təkər düzlüyü və balanslaşdırma üzrə usta” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.
Son müraciət tarixi: 08.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/byd-motors-baku-mmc-teker-duzluyu-ve-balanslasdirma-uzre-usta-153337
Bənzər elanlar









Razılaşma yolu ilə
Məlumat Təhlükəsizliyinin idarə edilməsi və uyğunluğu istiqaməti üzrə mütəxəssis
Bakı08.10.2026






