
Təlim-tədris üzrə menecer
Təlim-tədris üzrə menecer
800 ₼
Yoxlanılıb2 həftə əvvəl
Tarix
Nömrə№1936408
Təsvir
Əsas öhdəliklər:
Tədris prosesinin planlaşdırılması, təşkili və keyfiyyətinə nəzarət etmək;
Dərslərin mütəmadi monitorinqini həyata keçirmək, nəticələri qiymətləndirmək və müəllimlərə konstruktiv geribildirim vermək;
Müəllimlərin seçilməsi, adaptasiyası, fəaliyyətinin qiymətləndirilməsi və peşəkar inkişafı prosesini idarə etmək;
Müəllimlər üçün pedaqoji müzakirələr, seminarlar və daxili təlimlər təşkil etmək;
Mövcud tədris proqramlarını təhlil etmək və təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
Bazar və tələbə ehtiyaclarına uyğun yeni kurs və tədris proqramlarının hazırlanmasında iştirak etmək;
Tələbələrin bilik səviyyəsinin ölçülməsi üçün test və sınaq imtahanlarının hazırlanması və keçirilməsi prosesinə nəzarət etmək;
Tələbə nəticələrini və geribildirimlərini təhlil edərək tədrisin inkişafı üzrə tədbirlər müəyyən etmək;
Təhsil bazarını, rəqiblərin proqramlarını, metodologiyalarını və qiymət strategiyalarını araşdırmaq;
Marketinq komandası üçün kurslar üzrə dəqiq və informativ xidmət brifləri hazırlamaq;
Satış komandası ilə əməkdaşlıq edərək kursların məzmunu, üstünlükləri və dəyər təklifi barədə düzgün məlumatlandırmanı təmin etmək;
Tədris keyfiyyəti, müəllim performansı və tələbə nəticələri üzrə mütəmadi hesabatlar hazırlamaq.
Kvalifikasiya tələbləri:
Təhsili: Ali təhsil;
İş təcrübəsi: Müvafiq vəzifədə 2 il iş təcrübəsi; (Dövlət Məşğulluq Agentliyi və ya dövlət layihələri ilə iş təcrübəsi üstünlük hesab olunur.)
Yaş həddi: 25–40.
Tələb olunan bilik və bacarıqlar:
Tədris metodologiyaları və müasir öyrənmə yanaşmaları haqqında bilik;
Tədris proqramlarının hazırlanması üzrə bilik;
Test və digər qiymətləndirmə vasitələrinin hazırlanması prinsipləri haqqında bilik;
Təlim və tədris proseslərinin planlaşdırılması və koordinasiyası bacarığı;
Müəllim/təlimçi heyətinin idarə edilməsi və fəaliyyətinin qiymətləndirilməsi bacarığı
Dərs müşahidəsi və tədris keyfiyyətinin qiymətləndirilməsi bacarığı;
Analitik düşüncə və hesabat hazırlama bacarığı;
MS Office, xüsusilə Excel və təqdimat proqramlarından istifadə bacarığı;
Google Sheets, Google Forms və onlayn iş platformaları ilə işləmə bacarığı;
İngilis dilində danışıq bacarığı (C2 səviyyəsi tələb olunur).
Təklif edirik:
Əmək haqqı: Razılaşma yolu ilə
6 günlük iş qrafiki;
Karyera inkişaf imkanı;
Dinamik və inkişafyönümlü iş mühiti;
Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov küçəsi 25A.
Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd edilmiş linkə daxil olaraq öz məlumatlarını daxil edə bilərlər.
Son müraciət tarixi: 10.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/vision-academy-telim-tedris-uzre-menecer-150881
Bənzər elanlar







Satıram

Satıram







Satıram