
Xarici satınalma üzrə mütəxəssis

1 500 ₼
Xarici satınalma üzrə mütəxəssis
YoxlanılıbDünən
Təsvir
İş haqqında məlumat:
Grinco MMC dövlət və korporativ layihələr üzrə müxtəlif məhsul və avadanlıqların təchizatını həyata keçirir. Beynəlxalq bazarlarda araşdırma aparmağı, istehsalçılarla danışıqlar qurmağı və satınalma prosesini nəticəyə çatdırmağı bacaran mütəxəssis axtarırıq.Əsas vəzifələrTexniki tələblərə uyğun məhsul, marka və modellərin müəyyən edilməsi, xarici istehsalçı və təchizatçıların tapılması;Təchizatçıların etibarlılığının yoxlanılması, qiymət və kommersiya təkliflərinin müqayisəli təhlili;Qiymət, ödəniş, istehsal, çatdırılma və zəmanət şərtləri üzrə danışıqların aparılması;Tender və satınalma layihələri üçün texniki məlumatların, kataloqların, sertifikatların və tələb olunan istehsalçı sənədlərinin toplanması;Məhsul və logistika xərcləri nəzərə alınmaqla maya dəyərinin hesablanması;Sifarişlərin təsdiqdən təhvilədək izlənilməsi, istehsal və çatdırılma müddətlərinə nəzarət;Uyğunsuzluqların və gecikmə risklərinin vaxtında müəyyən edilməsi, həll yollarının hazırlanması;Təchizatçı bazasının, satınalma sənədlərinin və sifariş hesabatlarının sistemli aparılması.
Tələblər:
Xarici satınalma sahəsində minimum 2 il praktiki təcrübəyə malikdir;İngilis dilində sərbəst işgüzar yazışma və şifahi danışıqlar apara bilir;Alibaba, Made-in-China və digər mənbələrdən istifadə edərək istehsalçıları müstəqil araşdırır;Texniki spesifikasiyaları təhlil edir, təklif olunan məhsulun tələblərə uyğunluğunu yoxlayır;Incoterms, beynəlxalq daşınma və idxal sənədləşməsi üzrə praktiki biliklərə malikdir;Excel-də qiymət müqayisəsi və xərc hesablamaları hazırlaya bilir;İşini planlaşdırır, razılaşdırılmış müddətlərə əməl edir və başladığı işi nəticəyə çatdırır.Əlavə üstünlüklərÇin və Türkiyə bazarları ilə iş, tender layihələri, idman avadanlıqları və promo məhsullar üzrə təcrübə; rus və ya Çin dili biliyi; ERP sistemləri ilə işləmək bacarığı.Təklif edirikAylıq əməkhaqqı: 1 500–2 000 AZN net;Təcrübə və praktiki bacarıqlara uyğun əməkhaqqının müəyyən edilməsi;Rəsmi əmək müqaviləsi və tam ştat iş;Beynəlxalq istehsalçılar və müxtəlif təchizat layihələri ilə işləmək imkanı.İş yeri: Bakı şəhəri, Rövşən Əliyev küçəsi 1, Nobel Hotel yaxınlığı.
Maaş: 1500 - 2000 ₼
Son müraciət: 13/10/2026
Bənzər elanlar



Sabir bəy









Elmar Bey



