Binəqədi rayonu, Abay Kunanbayev küçəsində, Azadlıq metrosuna piyada 5 dəqiqəlik məsafədə yerləşən mənzil satılır. Bina yaxın zamanda plana düşə bilər. Sakit məhəllədə yerləşən mənzilin yaxınlığında 244 və 283 nömrəli məktəblər, 138, 158 və 40 nömrəli uşaq bağçaları, marketlər, mağazalar və digər zəruri infrastruktur obyektləri mövcuddur.
Mənzil yeni təmir olunub, bütün mebel və elektronika daxil olmaqla əşyaları ilə birlikdə satılır. Mərkəzi istilik sistemi var, su və işıq daimidir. Kupça və texniki pasport ev sahibinin öz adınadır.
Hazırda mənzil kirayədədir. Alqı-satqı günü açarlar təhvil veriləcək. Real alıcıya qiymətdə endirim olunacaq.
Elan növü: Satılır
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Çıxarış, Orta təmirli
Yerləşmə: Binəqədi ray., 7-ci mikrorayon, Azadlıq prospekti m/st