Bakı şəhəri, Nizami rayonunda yerləşən Baku City Residences Olimpik yaşayış kompleksində təmirsiz mənzil satılır.
Mənzil 16 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir. Ümumi sahəsi 108.2 kv.m olan mənzil 2 otaqdan ibarətdir və rahatlıqla 3 otağa çevrilə bilər. Geniş və funksional planlaşdırılması, işıqlı otaqları və gözəl panoraması ilə seçilir.
Kompleks istifadəyə verilib. Mənzildə qaz, su və işıq daimidir. Binada 24/7 mühafizə xidməti fəaliyyət göstərir.
Baku City Residences Olimpik 9 hektarlıq geniş ərazidə inşa olunmuş müasir yaşayış kompleksidir. Yüksək keyfiyyətli tikintisi, müasir memarlıq üslubu və əlverişli yerləşməsi ilə komfortlu yaşayış üçün ideal seçimdir.
Kompleks şəhərin əsas prospektlərinə rahat çıxışa, ictimai nəqliyyata və inkişaf etmiş infrastruktura malikdir. Yaxınlıqda Bravo hipermarketi, məktəblər, uşaq bağçaları, tibb müəssisələri, ASAN Xidmət, Yeni Klinika, Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, SOCAR, Azərbaycan Dövlət Neft Fondu, Mərkəzi Bankın yeni baş ofisi, biznes mərkəzləri və digər mühüm obyektlər yerləşir.
Bu mənzil həm rahat yaşayış, həm də gələcək investisiya üçün əla seçimdir.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Təmirsiz
Yerləşmə: Nərimanov ray., Koroğlu m/st