20 Yanvar metrosunun yaxınlığında 2 otaqlı mənzil təcili satılır.
Mənzil 5 mərtəbəli binanın 3-cü mərtəbəsində, 92 nömrəli uşaq bağçasının qarşısında yerləşir. Ümumi sahəsi 50 kv.m-dir və orta təmirlidir.
Mənzil işıqlı, rahat planlaşdırmaya malikdir və həm şəxsi yaşayış, həm də investisiya üçün əlverişli seçimdir.
Hazırda mənzil aylıq 450 AZN-ə kirayədədir. İstəyən alıcı mövcud kirayəçi ilə birlikdə alaraq ilk gündən kirayə gəliri əldə edə bilər.
Ərazi inkişaf etmiş infrastruktura malikdir. 20 Yanvar metrosuna piyada cəmi 2–3 dəqiqəlik məsafədə yerləşir. Yaxınlıqda məktəb, uşaq bağçası, marketlər, ictimai nəqliyyat dayanacaqları və digər zəruri obyektlər mövcuddur.
Real alıcı ilə qiymətdə cüzi endirim mümkündür.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Xidmət haqqı 1% təşkil edir.
Elan növü: Satılır
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Çıxarış, Orta təmirli, İpoteka var
Yerləşmə: Nəsimi ray., 1-ci mikrorayon, Memar Əcəmi m/st