2 otaqlı mənzil satılır. Otaqlar ayrı-ayrıdır.
Memar Əcəmi metrosuna piyada 4 dəqiqəlik məsafədə yerləşir. Mənzil orta təmirlidir, gir-yaşa vəziyyətdədir və tam dolu əşyalı satılır. Hazırda mənzildə kirayəçi qalır. İstilik sistemi mərkəzidir, 100 m²-lik kondisioner var.
Binanın abad həyəti var, uşaqların oynaması və sakinlərin istirahəti üçün tam şərait yaradılıb. Yaxınlıqda 3 orta məktəb, uşaq bağçaları, poliklinika, Skoro Pomoş, Waikiki, FLO, Azercell, geyim mağazaları, marketlər və digər obyektlər yerləşir.
Bina bütün istiqamətlərə gediş-gəliş üçün əlverişli yerdə yerləşir.
Qiymət: 145 000 AZN. Razılaşmaq mümkündür.
Elan növü: Satılır
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Çıxarış, Orta təmirli
Yerləşmə: Nəsimi ray., 3-cü mikrorayon, Memar Əcəmi m/st