Lake City Yaşayış Kompleksində premium təmirli 2 otaqlı mənzil satılır.
Mənzil Ziya Bünyadov prospektində yerləşən Lake City yaşayış kompleksinin 17 mərtəbəli binasının 10-cu mərtəbəsindədir. Ümumi sahəsi 45.7 kv.m-dir. Göl və şəhər mənzərəsinə malik, işıqlı və funksional layihəyə sahibdir.
Mənzil yüksək keyfiyyətli materiallarla təmir olunub. Təbii parket döşəmə, keramoqranit hissələrdə isti döşəmə, LED işıqlandırma, xüsusi sifarişlə hazırlanmış MDF mətbəx mebeli, quraşdırılmış qarderob və geniş eyvan mövcuddur.
Mənzildə 2 kondisioner, 2 televizor, quraşdırılmış ikiqapılı soyuducu, paltaryuyan, soba, mikrodalğalı soba və digər məişət texnikaları qalacaq. Premium E.C.A santexnika və keyfiyyətli elektrik aksesuarlarından istifadə olunub.
Kompleks 24/7 mühafizə, qapalı həyət, hovuzlar, fitness və SPA mərkəzi, uşaq meydançaları, yeraltı və yerüstü parkinq, həmçinin hər blokda 3 ədəd KONE markalı sürətli liftlə təmin olunub.
Koroğlu metrosuna piyada təxminən 3 dəqiqəlik məsafədə yerləşir. Yaxınlıqda Bakı Olimpiya Stadionu, ASAN Xidmət, Böyükşor Bulvarı və digər zəruri infrastruktur obyektləri mövcuddur.
Mənzil həm yaşayış, həm də investisiya üçün əla seçimdir.
Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Nərimanov ray., Koroğlu m/st