Evin sənədi paket kupçadır və dövlət ipotekasına yararlıdır. Ev sahibi tərəfindən satışa təqdim olunur.
Fərdi yaşayış evi 3.5 sot torpaq sahəsində inşa edilib. Həyətin yan və arxa hissəsinə rahat keçid mövcuddur. Mərkəzi kanalizasiya sistemi, dövlət şirin su xətti, həyətdə əlavə su quyusu və 3 fazalı elektrik xətti var. Qaz, su və işıq daimidir.
Ev magistral yoldan təxminən 700 metr məsafədə yerləşir və evə qədər asfalt yol çəkilib. İstilik sistemi kombidir, bütün otaqlarda radiatorlar quraşdırılıb, mətbəx isti döşəmə ilə təchiz olunub. Təhlükəsizlik kameraları, Wi-Fi və ev telefonu xətti mövcuddur.
Həyətdə dekorativ və meyvə ağacları, yaşıllıq sahəsi, qaraj, əlavə tikili və sanitar qovşağı var. Əlavə tikili təmir tələb edir.
Ev Şüvəlanın elit məhəllələrindən birində yerləşir. Yaxınlıqda marketlər, məktəb, uşaq bağçası, Polis Akademiyası, Bravo, Araz Market, notarius və digər zəruri infrastruktur obyektləri mövcuddur.
Ev əşyalı satılır, yalnız elektronika götürüləcək.
Xahiş olunur, yalnız real alıcılar əlaqə saxlasın.
Elan növü: Satılır
Əmlak növü: Bağ evi
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli, İpoteka var
Yerləşmə: Xəzər ray., Şüvəlan qəs.