Mənzil şəxsi istifadə üçün yüksək keyfiyyətli materiallarla təmir olunub. Təmir başa çatdıqdan sonra mənzildə yaşayış olmayıb və hazırda tam yaşayışa hazır vəziyyətdədir.
Bütün mebellər və quraşdırılmış məişət texnikası (4 gözlü qaz plitəsi, aspirator, soba, qab yuyan maşın, soyuducu, kondisioner), həmçinin 55" və 50" televizorlar mənzildə qalacaq.
Kombi sistemi və radiatorlar quraşdırılıb. Mətbəx, dəhliz, hamam və çamaşırxana isti döşəmə, digər otaqlar isə radiatorlarla təchiz olunub. İstilik sistemi kollektor üsulu ilə yığılıb. Hamam otağında bütün aksesuarlar quraşdırılıb, mənzilə internet xətti çəkilib.
Elektrik sistemi standartlara uyğun şəkildə qurulub. Bütün xətlər ayrıdır, torpaqlama, RCD və gərginlik/faza qoruyucusu quraşdırılıb. Su təchizatının sabitliyi üçün su çəni və hidrofor sistemi mövcuddur.
Qaz, su və işıq daimidir.
Hazırda sənəd müqavilədir. Binanın çıxarışı hələ təqdim olunmayıb, tikinti şirkətinin verdiyi məlumata əsasən yaxın zamanda təqdim olunması nəzərdə tutulur.
Mənzil əlavə xərc tələb etmədən köçüb yaşamaq üçün tam hazırdır. Qiymət sondur. Xahiş olunur, yalnız ciddi alıcılar əlaqə saxlasın.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Xəzər ray., Binə qəs.