Nərimanov metrosuna 10 dəqiqəlik piyada məsafədə, “Kosmos” yaşayış kompleksində tam təmirli və əşyalı mənzil satılır.
Mənzil 19 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. 2 otaqdan 3 otağa düzəldilib və mətbəx-studio ilə 2 yataq otağından ibarətdir.
Təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Qapılar göyüş ağacındandır, döşəmə təmiz palıd parketdir, elektrik xətləri keyfiyyətli markaya məxsusdur. Mətbəx mebeli bahalı və keyfiyyətli mexanizmlərlə təchiz edilib.
İstilik sistemi kombidir, döşəmədə isti döşəmə sistemi mövcuddur. Bütün elektronika və məişət texnikası mənzildə qalır: bahalı aspirator və elektrik sobası, 3 kondisioner, televizor, paltaryuyan maşın və digər avadanlıqlar.
Mənzil həyətə baxır. Blokda 3 lift var və kart sistemi ilə işləyir. Kompleksdə 24/7 mühafizə xidməti, uşaqlar üçün oyun meydançası və digər imkanlar mövcuddur.
Çıxarış var, qeydiyyatda heç kim yoxdur. Açarlar alqı-satqı zamanı alıcıya təhvil verilə bilər.
Ofis haqqı 1%-dir.
Elan növü: Satılır
Əmlak növü: Yeni tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli
Yerləşmə: Nərimanov ray., Nəriman Nərimanov m/st