Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində, qəsəbənin tam mərkəzində 9 mərtəbəli binanın 6-cı mərtəbəsində 75 kv.m sahəsi olan 3 otaqlı mənzil sahibindən satılır.
Mənzil orta təmirlidir, qismən əşyalı satılır. Skvaznoy (yelçəkən) mənzildir, künc deyil. Otaqları işıqlı və günəşlidir, balkonu var. Mərkəzi istilik sistemi mövcuddur, qaz, su və işıq daimidir.
Blokun qarşısında 4 kv.m ölçüdə kladofka da mənzillə birlikdə verilir. Əlavə saxlanc yeri kimi istifadə etmək və ya aylıq icarəyə vermək mümkündür.
Binanın qarşısında avtobus dayanacağı var. Neftçilər metrosuna təxminən 10 dəqiqəlik məsafədədir. Yaxınlıqda Araz Market, Tam Store, Bazar Store, məktəb, gimnaziya və digər iaşə obyektləri yerləşir. Həm ödənişli, həm də ödənişsiz parkinq imkanları mövcuddur.
Sənədi kupçadır. Mənzil yerləşdiyi əraziyə görə bazar dəyərindən aşağı qiymətə təcili satılır. Yalnız real alıcılar əlaqə saxlasın.
Elan növü: Satılır
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Çıxarış, Əla təmirli
Yerləşmə: Suraxanı ray., Qaraçuxur qəs.