Prayk
Abşeron rayonunda 5 otaqlı Həyət evi Satılır, 132 m² — Ev, villa, Bakı
65 000 ₼

Abşeron rayonunda 5 otaqlı Həyət evi Satılır, 132 m²

For saleUsedToday
City
Bakı
Title deed available
Yes
Operation type
Sale
Rooms
5+
Area
132 m²
Date
Number
№1698446

Description

Qobu yolunda polis bölməsini keçdikdən sonra əsas yola və avtobus dayanacağına yaxin ərazidə 4.5 sot torpaqda inşa edilmiş həyət evi satılır. Ev bütün tikinti qaydalarına tam uyğun olaraq, dörd tərəfdən lazımi məsafələr saxlanılmaqla inşa edilib.Evin təməli 50x50 sm ölçüsündə yüksək keyfiyyətli beton və armaturla tökülmüşdür.Tikilinin yuxarı hissəsi də eyni qaydada yüksək keyfiyyətli beton rigellə (kəmərlə) əhatə olunmuşdur. Dam örtüyü yüksək keyfiyyətli dəmirdən yığılmışdır. Evin həm içərisi, həm də çölü sementlə suvanmış, daha sonra ağdağla üzlənərək hazır vəziyyətə gətirilmişdir. Həyətyanı sahədə meyvə ağacları əkilmişdir. Qaz və işıq sayğacları quraşdırılmışdır (qonşu həyətlərdə su olduğundan su xəttin çəkilməsi mümkündür). Damdan və binanın dörd tərəfindən axan yağış sularının kənarlaşdırılması üçün xüsusi drenaj sistemi qurulmuş, sular kanalizasiya vasitəsilə çölə axıdılır.Torpağın çıxarışı mövcuddur. Evin yaşayış üçün tam hazır vəziyyətə gəlməsinə xırda işlər qalmışdır. Ciddi şəxslər əlaqə saxlaya bilər. Otaq sayı: 5 Sahə: 132 m²